Scabal,bir kəliməylə,İndividual!

Bir dostumuzun telefon zəngiylə yeni tanımış olduğumuz müştərimizin tekstil sahəsindən gəlməsi məni sevindirdi, çünki elə SMS Marketing tam da textile şirkətlərinin promotion tool olaraq istifadə etməsi gərəkən ən doğru mobil reklam vasitəsidir. Məlum zəngdən o da məlum oldu ki, mağazanın adı SCABAL-dır.

Bu adı ilk duyğumda ağlımda heç bir çağrışım olmadı. Nə kişi paltarı nə qadın paltarı nə də uşaq paltarı. Sıfır, bildiyiniz sıfır assosasiya.

Mağaza getdikdən sonra və müdüriyyətlə ilk təmasım və sonradan axan dəqiqələrdə etdiyimiz söhbətdən həm SCABAL brendini həm də müdüriyyətlə(Hikmət Bəylə) yaxından tanış oldum.

1973-də ilk atelyesinə İngiltərə,Yorkshire-də sahib olan SCABAL, əslində həmin atelye 1899-cu ildən fəaliyyətdə olub.Colne çayının da saf suyundan fabrikdə istifadə olunması da bir əfsanədir əslində. İstifadə olunan Passion for Cloth  elə dərzilərin işə necə münasibətindən xəbər verir.

Sifariş və hazır geyim şəklində təqdim edilən geyimlər 35 yaş və üstü olan kişilər üçün daha münasibdir. Təbii ki, evlənməyə aday olan Damat Bəylər üçün də ən doğru seçimdir. Buna əsas səbəb də, müştərinin hətta ən kiçik düşüncəsinin də dərzilər tərəfindən diqqətə alınması və onun sizin üçün də reallaşdırmasıdır. Ən üstün fərqidə elə budur, arzu edilən geyimin forması,tikilişi,stili sizin öz tərəfinizdən təyin edilir. Onun üçün Putinindən tutun Obamasına kimi, Di Capriodan tutmuş Will Smithecen bir çox daha məşhurlar SCABAL seçir.

Ağlıma taxılan SCABAL markasının müştəridə hansı bir sözü çağrıştırmasıdır. BMW prestij, Tide ilk təmizləyici yuyucu tozudursa,Heinz amerikanın ketçapıdırsa, SCABAL deyəndə ağla gələn ilk söz nə olmalıdır?
Elə Hikmət Bəylə müzakirədən sonra SCABAL sözünün İndividual sözüylə beyində ilk söz kimi rabitə qurması təklif edildi. Açığı çox da bəyənildi. Hər bir fərdin müştəri hesab edilməsi və onun istəyi əsasında biçilən hər bir paltar elə fərdi yanaşmanın təzahürüdür. Bu baxımdan SCABAL markasının İndividual sözüylə bərkləşməsi arzu olunandır.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı