Sharing Economy- Paylaşım iqtisadiyyatı!-2
Davam olaraq ikinci məqaləni də paylaşım iqtisadiyyatına həsr edirik
Paylaşım iqtisadiyyatı belə gözəl bir şey olsa da, özü ilə bir çox riskləri və tənqidləri də gətirir. Bu təşəbbüslərin qismən və ya tamamilə qanundan asılı olmaması və rəqabətə zidd hərəkətlərlə məşğul ola bilməsi paylaşma iqtisadiyyatı üçün ən böyük təhlükələrdəndir. Bu, icarə xidmətləri təklif edən müəssisələr üçün daha da risklidir. Çünki bu xidmətlərlə bağlı qaydalar adətən mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən tənzimlənir. Xidməti təmin edən lisenziyasız şəxslər bu qaydalara əməl edə və ya əlaqədar xərcləri ödəyə bilməzlər. Bu, daha sərfəli qiymətlər təklif etdikləri üçün onlara bazarda gözlənilməz rəqabət üstünlüyü verə bilər.
Görünən odur ki, vergi yayınmaları, haqsız rəqabət və lisenziyasız fəaliyyətlər. Bunlar dövləti və onun müvafiq strukturlarını ciddi şəkildə naraht edir və əsası da var.
Digər narahatlıq odur ki, dövlət nəzarətinin olmaması
paylaşım iqtisadiyyatında həm alıcılar, həm də satıcılar üçün ciddi sui-istifadələrə
səbəb ola bilər. Məsələn, çox təəssüf ki, icarəyə götürülmüş otaqlarda gizli
kameraların yerləşdirilməsi, qeyri-qanuni nəqliyyat vasitələrinin icarəsi, həcmi
başqası üçün ayrılmış yük maşınlarında qeyri-qanuni məhsulların daşınması kimi
hallar təəssüf ki, baş verə bilər. Yenə də daha sərfəli olduğu üçün alıcılara
keyfiyyətsiz məhsul və xidmətlər təklif oluna bilər. Paylaşım iqtisadiyyatında ən
böyük problemlərdən biri kimi bu məsələyə nəzarətin olmaması önə çıxır.
140journos youtube kanalında BROMANCE videosunda evsiz adama(Ömer abi) evi olan adam(Samet) maşınını istifadəsinə verir ki, ev kimi istifadə etsin. Çox təsir etdi mənə.
bromance burdan izləyə bilərsiniz.
Comments
Post a Comment