Hikikomori-Sən dəyərsiz deyilsən!

Hikikomori (Yaponca: ひきこもり və ya 引き篭り) "içəri çəkilmə, özünü həbs etmiş olmaq" olan yapon bir söz. Şəxsi və ya sosial səbəbərdən cəmiyyətdən ayrı olan yeniyetmə və gənclərə aiddir

Gənc və yeniyetmələrin sosial həyatdan uzaqlaşaraq özlərini təcrid etmələri, çox vaxt bu halda ifrat səviyyələrə çatmaları fenomenini təsvir edir. Bu insanlar həyatdan uzaqlaşır və əsas ehtiyaclar istisna olmaqla, bütün vaxtlarını otaqlarında keçirirlər. Hikikomori termini həm ümumilikdə bu sosial hadisədən danışarkən, həm də bu sosial qrupa aid olan şəxslərdən danışarkən istifadə olunur. Hikikomori keçmişə çəkilib, tənha və "müasir dövrün rahibləri" kimi təsvir edilib.

Hikikomorilər valideynsiz yaşaya bilmirlər. Möhtacdırlar onlara. Valideynləri isə utanırlar bu övladlarından. Söhbət burda bəlli bir yaş qrupu və ya sosial çevrədən gedə bilməz. Kişilər daha çox sayca üstündür. Bu həyat tərzinin genişlənməsinə səbəblərdən biri də internet üzərindən istənilən şeyi çatdırılma ilə evinə gətirtməsidir. İçləri sanki bomboş, heç bir şey arzulamırlar. Məqsəd də yox. Aman Allah. Stefan Zvayqın Şahmat əsəri yadıma düşdü.

Hər il 30000 min küsür insan bu həyat tərzindən vəfat edir.Hikikomorilər Yaponiyada Avropadan fərqli birgə yaşam qaydalarına çox önəm verir. Qısacası, fərdiyyəçi cəmiyyət deyil. Birgə yaşamın da öz qaydaları var. Əgər kimsə o qaydalara tabe göstərməzsə, xaricində qalarsa, artıq təcrid olunur. Bu da həmin gəncə utanc hissi verir. Nəticədə Hikikomori halı yaranmış olur. Cəmiyyətin qaydaları qarşısında aciz və nəticədə suçluluq hissi yaşayırlar.



Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Bəzi sözlərin kimliyi və izahı