Bambuk, səbr və zamanın məhsuludur!
Biz kiçik dəyişikliklər edirik, amma nəticə heç vaxt tez gəlmir. Bu da çox vaxt ona gətirib çıxarır ki, başlanğıc rejimə gətirib çıxarır.
Bambuk ağacı 5 ildə inkişafını göstərmir, 6 həftə ərzində 22 metr hündürlüyə gəlib çıxır. Düşünün, bu 5 il müddət ərzində dərinə kök salır. Görünməyənlər görünənə necə çalışır. Bir az da bambukdan danışsaq, böyüməsi ilə çox qəribə olan bir bitkidir: əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.
Oxuduğun hər kitab yeni baxış bucağı yaradır.
Bu bir akkumulyasiya prosesidir.
Comments
Post a Comment