Bilgi yükü- dövrün dediqoducuları, düşün də yaxamızdan!

 Rayan Holideyin Stoikin gündəliyi kitabında 27 noyabr(Neqativ şeyləri görməzliyə vurmağın həzzi) başlığında bu cümlə diqqətimi çəkdi:

Yaxşı ki, stoiklər müasir cəmiyyətə xas olan bilgi yükündən azad idilər. O vaxt nə sosial media, nə qəzet-jurnal, nə də televizor var idi... Lakin həmin dövrdə də intizamsız bir adam diqqətini yayındırıb qanını qaraldacaq şeylər tapa bilərdi. 

Çox maraqlıdır. Uzun əsrlər öncə mövcud olan bu durum, yəni intizamsız adamlar, qiybətçilər, fürsətçilər və  də çıxarcılar, maraqlı Məlahətlər yenə də dövrümüzə hakimdirlər. Aydındır, maraq var. Səbəblər var. Travmalar var. Nə desən var. Onları əsla qınamıram. Ciddi səbəbləri var. Ancaq bu durumda əsas tərəflərdir. Yəni mövzunun cərəyan etdiyi iki tərəfdən söhbət gedilər bilər. Tərəflər mütləq hansı davranışı ortaya qoymalıdırlar? Ən çox məni üzən və elə qınadığım yer də burasıdır. Bil ki, əli dolu gəlib(elə belə gəlməyib) və əli boş da getmək istəmir. Zatən alacaq bir şeyləri planlaşdırıb. 



Bu bəhs etdiyim 2 tərəf çox zaman müşahidələrimə görə fərqində olmurlar. Fərqində olmurlar ki, gələn xeyirxah deyil, məlumatı gətirən səbəbsiz gəlməyib! Bu barədə müzakirəyə açığam. Kimi çox maraqlandırırsa bir kofe məndən bir kofe səndən, görüşüb danışaq.

Kitabın bu başlığında belə bir cümlə də keçir:

Stoiklər bir çox şeyləri görməzliyə vururlar. Publili Sirin epiqramı bunu təsdiq edir: "Səni qəzəbləndirən hər şeyi görməzliyə vur, özündən uzaqlaşdır". Siyasi diskussiya mübahisəyə, davaya çevrilirsə, süfrə başında siyasətdən danışmağın nə mənası var? 

Görməzliyə vurmaq, uzaqlaşmaq zəiflik deyil. Əksinə, bu güclü iradənin əlamətidir. 

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Bəzi sözlərin kimliyi və izahı