Sharing Economy- Paylaşım iqtisadiyyatı!-1

 Paylaşım iqtisadiyyatı- adından da göründüyü kimi paylaşmaq feli ilə birbaşa əlaqəlidir. Belə ki, sahibincə hər hansı bir dövr və zamanda ehtiyac duymadığı hər hansı bir əşyanı və ya obyekti bir başqa ehtiyacı olana ötürməsi və iqitdarına verməsidir. Bunu 3 otaqlı bir evinizin olduğunu düşünərək, 1 otağını müəyyən ödəniş əsasında bir başqa ehtiyacı olana devr etmək və ya kirayə vermək. Sahib olduğunuz bir ağır makinanı və ya avadanlığı ki, gündəlik istifadə olunmur, bir başqasına istifadəyə vermək. Və ya Airbnb kimi tam evi kiməsə günlük icarəyə vermək.

Paylaşım iqtisadiyyatı, istehlakçıların malların və xidmətlərin yaradılması, istehsalı, bölüşdürülməsi, ticarəti və istehlakında iştirak etdiyi sosial-iqtisadi sistemdir. Bu sistemlər mal və xidmətlərdə artıq gücün paylanmasını, paylaşılmasını və təkrar istifadəsini asanlaşdırmaq üçün çox vaxt informasiya texnologiyalarından və İnternetdən, xüsusən də rəqəmsal platformalardan istifadə etməklə müxtəlif formalarda olur.

Ya da bir taksi fəaliyyəti. Über. düzdür bir çox ölkələrdə məhkəməlik də olub. 



Dariusz Jemielniak və Aleksandra Przegalinska, Marcus Felson və Joe L. Spaeth-in 1978-ci ildə dərc edilmiş “İcma strukturu və birgə istehlak” adlı akademik məqaləsini paylaşım iqtisadiyyatı termini ilə təsdiqləyirlər.

 "Paylaşım iqtisadiyyatı" termini sosial texnologiyalara imkan verən və qlobal əhalinin artımı və resursların tükənməsi ilə bağlı artan aktuallıq hissini təmin edən Böyük Tənəzzül dövründə ortaya çıxmağa başladı. Lourens Lessiq, ehtimal ki, ilk dəfə 2008-ci ildə bu termindən istifadə etmişdir, baxmayaraq ki, başqaları bu terminin mənşəyinin məlum olmadığını iddia edirlər.

Bir az keçmişə tarixə nəzər ataq:

İbtidai-icma quruluşu — ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş.

Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur.

Gördüyünüz kimi, təbii sərvətlər bol olduğu üçün icmada bərabərlik qorunub saxlanıb da. Dövrümüzdə qıtlıq, bahalılıq bizi buna cəlb etməldir. Biz qənaəti real yaşamalıyıq!

İcma dönəmi yaşanıbsa demək ki, bu mümkündür.

Netflix, Bolt, Couchsurfing... Netflix, Uber, Airbnb... Adları bütün dünyaya tanış olan bu üç startap fərqli sahələrə müraciət edir, elə deyilmi? Amma hər üçünün ortaq xüsusiyyəti var. İş sistemləri paylaşma iqtisadiyyatına əsaslanır. Çünki Netflix-in televiziya kanalları, Bolt-un öz avtomobilləri və ya Couchsurfing-in öz evləri yoxdur. Lakin onların hamısı öz sektorunda ən yaxşı və ən uğurlu şirkətlərdir və paylaşma iqtisadiyyatı modelinin ən yaxşı nümunələri arasındadır. Bəs paylaşma iqtisadiyyatı dediyimiz bu şey nədir və gələcəkdə həyatımızda harda olacaq?

Paylaşım iqtisadiyyatına dair bir neçə konkret misal göstərməklə davam edək. İnsanlara paltarlarını satmaq və ya icarəyə götürmək imkanı verən moda platformaları bu günlərdə çox populyardır. Fiziki şəxslərə digər şəxslərə ənənəvi kreditorların təklif etdiyindən daha ucuz qiymətlərlə pul borc verməyə imkan verən şirkətlər formalaşır. Freelancerlərə təklif etdikləri xidmətləri bu xidmətlərə ehtiyacı olan insanlarla uyğunlaşdırmağa imkan verən veb saytlar da gözəl nümunədir.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Bəzi sözlərin kimliyi və izahı