Eşitdiklərim, gördüklərim-2
Bugün bir neçə müşahidəmi və eşitdiklərimi sizlərlə bölüşmək xoş olar:
1. Dövlət qurumlarından birində çağrı mərkəzində işləyən əməkdaşa niyə cındır deyilsin ki? Məsələ odur ki, həmin qurumun yüksək çinli məmurları ilə görüşdən narazı çıxıb və orda cəsarəti çatıb haqqını tələb edə bilməyib və çağrı mərkəzində gücsüz əməkdaşa cındır deyib, real həyatda özünü yaxşı hiss etmək!? Dahası da odur əməkdaşın bir üstündəki adam adboy verən əməkdaşına buna görə irad verir. Bildirir ki, gərək məşğul düyməsi basmıyaydın. Sona qədər onun təhqirinə qulaq asardın. Dahası irəlidədir. Cındır sözünü deyən şəxs də üzünə odboy verən əməkdaşı da daha üst şöbə rəhbərliyinə şikayət edir. Nə oldu bizə?
2. Güvənmə, yanma bugün eşitdiyim sözlərdən biri oldu.
3. Şəxsi dünyagörüşünü və xarakterini işində əməkdaşa əks etdirməli deyilsən. Əgər sən birini bəyənmirsənsə, fərqli fikirlərinə görə, onu işdən çıxartmalı deyilsən!
4. Adamı aparırlar gətirmirlər, avtomobilin nömrəsinin aşağısında yazılan sözlərdir. Daha gözəl söz yazıla bilməzdi!? Bugün gözümlə şahid oldum. Sizdə də neqativ yaratdı.
Comments
Post a Comment