Johatsu-intihardansa, buxarlanmaq yaxşıdır!

 Johatsu, yapon dilində buxarlaşma deməkdir. Bu kəlimə ölkədə qeyb olan, qəfləti yoxa çıxan insanlarla bağlı duruma verilən addır. Təxmini ildə 90000 yapon buxarlaşır. Evdən çıxır, bütün yaxın və tanıdıqlarını bir anda tərk edib yoxa çıxır. Borc, psixoloji problemlər, ev içi şiddət və sairə buna bənzər onlarla səbəblərə görə bu insanlar yox olmağı seçirlər. Bəzən də görünüşdə heç bir səbəb olmamış kimi də ortadan yox olurlar.



Bu halda polis ortada sui qəsd, ölüm və intihar görmürsə, hadisənin arxası ilə getmir və işi rədd edir. Bu halda ailələr və yaxınlar itən şəxsin axtarışı və tapılması üçün dedektivə müraciət edir. Özəl dedektivə. Dedektivlərin ilk işi ucuz otel və hostellərdə axtarışa başlayırlar. Özəl dedektiv isə çox bahalı xidmətdir. Günü ən az 500 eurodur. Onu da bildirim ki, dedektiv üşün də məlumat toplamaq çox çətindir. Belə ki, nə mobil operatorlar nə bank qurumları heç bir məlumat bölüşmür dedektivlərlə. 

Düşünün ata oğlunu uzun müddət görmür və oğlunun hesabında pul bitdiyini görür. Həyatda qalıb qalmamasını bilmək üçün hesabına pul göndərir. Oğul pulu çəkərsə demək ki həyatdadır. Bu belə bir atanın o gün sevincinə səbəb olur. Statistika deyir ki, evdən çıxıb evə qayıtmayan bir çox insan var. Nadirən kimsə qayıdır.

Gələk marketinqə. Niş marketinqə. Bu duruma ələ alan bəzi şirkətlər evdən çıxmaq istəyən insanlara xidmət göstərirlər. Bu xidmət vasitəsilə evdən qaçmaq istəyən şəxs şəxsi əşyalarını və ona aid olan yataq, mebel və sairəni götürtdürür. Hətta ortadan yox olma ilə bağlı onlarla kitab da var Yaponiyada. Düşünə bilirsiniz. Ən ideal şəkildə evdən çıxmaq və yaxalanmamaq.



Kitabdan bir qaçış məktubundan alıntıları qeyd edirəm:

Bu həyatdan bezdim və başqa bir yerə getməyə ehtiyacım var. Bir gün geri dönəcəm. Sonuncu ifadı çox önəmlidir. Əgər bir gün geri dönəcəyini yazsan, polis sənin itkin düşmənlənlə bağlı araşdırmaya başlamaz.

Görünüşdə, Yaponiyada utanc duyğusu çox basqıcıdır və bu ölkə əvf etməyi sevmir.İnsanlar borc və ya utanc içində yaşamaqdansa hər şeyi geridə buraxıb sıfırdan bir həyat qurmağı tərcih edirlər. Kimiləri də intiharı seçirlər. Ancaq intihardansa ortadan itmək daha uyğundur. 

Bizim mentalite gəlincə, ortadan itmək və qeybə çəkilmək var. Amma çox deyil. Bugünlərdə zatən bir xeyli şəxs çətinlik çəkir. Ya qumar, ya maliyyə xərclərinin düzgün idarə edə bilməməsi, ya əyləncə və sairə bu kimi səbəblərdən borclanan az deyil. Təklifim odur ki, gedin Gürcüstana, Qazaxıstana və ya Rusiyaya. Məkanı dəyişmək pis hal deyil. Mütləq ki, orda yaşamaqla yeni bir həyata başlaya bilərsiniz. Orda yeni həyat sizi səhvlərinizə şahid olmayacaq və daha da özünüzü azad hiss edə bilərsiniz. Ölməkdənsə, buxarlanmaq daha yaxşıdır. Ən azı ümid var ki, geri qayıda bilərsiniz...

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Bəzi sözlərin kimliyi və izahı