Posts

Showing posts from December, 2024

Sharing Economy- Paylaşım iqtisadiyyatı!-2

Image
 Davam olaraq ikinci məqaləni də paylaşım iqtisadiyyatına həsr edirik   Paylaşım iqtisadiyyatı məntiqi ilə qurulan bizneslərin sayı son illərdə artmaqdadır. Bu model indi təkcə fərdlər arasında deyil (P2P | Peer to Peer), həm də bizneslər arasında (B2B | Biznesdən Biznesə) çox geniş yayılmışdır. Məsələn, indi frilanserlər, sahibkarlar və evdən işləyənlər üçün, xüsusən də böyük şəhərlərdə ortaq açıq iş yerləri təmin edən şirkətlər var. Məsələn, logistika xidmətləri göstərən bəzi şirkətlər avtomobillərindəki boş yerləri başqa şirkətlərə icarəyə verə bilərlər. Paylaşım iqtisadiyyatı belə gözəl bir şey olsa da, özü ilə bir çox riskləri və tənqidləri də gətirir. Bu təşəbbüslərin qismən və ya tamamilə qanundan asılı olmaması və rəqabətə zidd hərəkətlərlə məşğul ola bilməsi paylaşma iqtisadiyyatı üçün ən böyük təhlükələrdəndir. Bu, icarə xidmətləri təklif edən müəssisələr üçün daha da risklidir. Çünki bu xidmətlərlə bağlı qaydalar adətən mərkəzi və yerli hakimiyyət orqanları tərəfind...

Sharing Economy- Paylaşım iqtisadiyyatı!-1

Image
 Paylaşım iqtisadiyyatı- adından da göründüyü kimi paylaşmaq feli ilə birbaşa əlaqəlidir. Belə ki, sahibincə hər hansı bir dövr və zamanda ehtiyac duymadığı hər hansı bir əşyanı və ya obyekti bir başqa ehtiyacı olana ötürməsi və iqitdarına verməsidir. Bunu 3 otaqlı bir evinizin olduğunu düşünərək, 1 otağını müəyyən ödəniş əsasında bir başqa ehtiyacı olana devr etmək və ya kirayə vermək. Sahib olduğunuz bir ağır makinanı və ya avadanlığı ki, gündəlik istifadə olunmur, bir başqasına istifadəyə vermək. Və ya Airbnb kimi tam evi kiməsə günlük icarəyə vermək. Paylaşım iqtisadiyyatı, istehlakçıların malların və xidmətlərin yaradılması, istehsalı, bölüşdürülməsi, ticarəti və istehlakında iştirak etdiyi sosial-iqtisadi sistemdir. Bu sistemlər mal və xidmətlərdə artıq gücün paylanmasını, paylaşılmasını və təkrar istifadəsini asanlaşdırmaq üçün çox vaxt informasiya texnologiyalarından və İnternetdən, xüsusən də rəqəmsal platformalardan istifadə etməklə müxtəlif formalarda olur. Ya da bir tak...

Bilgi yükü- dövrün dediqoducuları, düşün də yaxamızdan!

Image
 Rayan Holideyin Stoikin gündəliyi kitabında 27 noyabr(Neqativ şeyləri görməzliyə vurmağın həzzi) başlığında bu cümlə diqqətimi çəkdi: Yaxşı ki, stoiklər müasir cəmiyyətə xas olan bilgi yükündən azad idilər. O vaxt nə sosial media, nə qəzet-jurnal, nə də televizor var idi... Lakin həmin dövrdə də intizamsız bir adam diqqətini yayındırıb qanını qaraldacaq şeylər tapa bilərdi.  Çox maraqlıdır. Uzun əsrlər öncə mövcud olan bu durum, yəni intizamsız adamlar, qiybətçilər, fürsətçilər və  də çıxarcılar, maraqlı Məlahətlər yenə də dövrümüzə hakimdirlər. Aydındır, maraq var. Səbəblər var. Travmalar var. Nə desən var. Onları əsla qınamıram. Ciddi səbəbləri var. Ancaq bu durumda əsas tərəflərdir. Yəni mövzunun cərəyan etdiyi iki tərəfdən söhbət gedilər bilər. Tərəflər mütləq hansı davranışı ortaya qoymalıdırlar? Ən çox məni üzən və elə qınadığım yer də burasıdır. Bil ki, əli dolu gəlib(elə belə gəlməyib) və əli boş da getmək istəmir. Zatən alacaq bir şeyləri planlaşdırıb.  Bu ...

Aokigahara- İntihar meşəsi!

Image
 Adını başlıqda oxudunuz. Bu meşə öz mənasında dəniz meşəsi adlansa da avropalılar buranı intihar meşəsi adlandırır. 2003-cü ildə 105 nəş tapılmışdır ki, bunu 2002-ci illə müqayisə etsək, 78 ədəd artıqlıq gözə çarpır. İntiharlar mart ayından başlayır ta fiskal ilin sonuna qədər davam edir. İntihar ya özünü asmaqla ya da yüksək dozlu narkotik qəbulu ilə gerçəkləşir. Ölü bədənləri ya polislər, ya jurnalistlər, ya da könüllülər tapır.  Meşənin populyarlığı Seichō Matsumoto-nun 1961-ci ildə yazdığı "Nami no Tō" (Dalğalar Qülləsi) romanı ilə əlaqələndirilir. Bununla belə, Aokigaharada intihar tarixi romanın nəşrindən əvvəl yaranır və bu yer çoxdan ölümlə əlaqələndirilir; ubasute on doqquzuncu əsrə qədər orada tətbiq edilmiş ola bilər və meşədə ölmək üçün qalanların yūrei tərəfindən təqib edildiyi deyilir. Yuxarıda oxuduğunuz ubasute sözü isə mənaca ( 姥捨て , "yaşlı qadını tərk etmək", həmçinin obasute və bəzən oyasute 親捨て "valideynini tərk etmək" adlanır) Yaponi...

Bir riyaziyyatçının qumar oynaması və sonu!

Image
Mənim bloqumu izləyənlər bilir. Film seyr etməyi və ordan maraqlı sitatları yazmaq artıq bir missiyalarımdan biridir. Bu arada bildirim ki, bir işgüzar görüşdə Qurban dostumuzun dostu Anar bu filmdən sitat gətirmişdi. Sitatı bəyəndim və budur izlədim. Sizlə də bəzilərini bölüşmək istəyirəm. Filmdə səsləndirilən bir neçə fikirlər:  1. Ortada durmaq çox güvənli. 2. O halda niyə hamımızdan yaxşısan? Sinif fərqi yox, pul yox, fürsət yox! 3. Dahilik sehrli bir şeydir, əllə tutulamaz. 4. Heç bir şeyi önəmsəmirsənsə, bunu niyə önəmsiyirsən! 5. Borc pul istəyirsənsə, mən adam deyiləm, de mənə! 6 -Mən intihara məna verə bilmirəm -Xoşbəxtsən ona görə! -Çox gözəl maşının var. Niyə belə ümidsizsən? -Bilirsən, niyə ümidsizəm? Çünki, bir sinif dolusu ümidsiz tələbəyə modern roman öyrədirəm. 7. Bütün danışdığın mövzularda gəldiyin nəticə budur, azadsan ya yox? Özünsən, ya deyilsən? 8. Burda bir şey var, amma nə olduğunu bilmirəm 9. Mütləq zəfər, ya ölüm! 10. Mən sərhədsizliyi istəyirəm!

Hikikomori-Sən dəyərsiz deyilsən!

Image
Hikikomori (Yaponca: ひきこもり və ya 引き篭り ) "içəri çəkilmə, özünü həbs etmiş olmaq" olan yapon bir söz. Şəxsi və ya sosial səbəbərdən cəmiyyətdən ayrı olan yeniyetmə və gənclərə aiddir Gənc və yeniyetmələrin sosial həyatdan uzaqlaşaraq özlərini təcrid etmələri, çox vaxt bu halda ifrat səviyyələrə çatmaları fenomenini təsvir edir. Bu insanlar həyatdan uzaqlaşır və əsas ehtiyaclar istisna olmaqla, bütün vaxtlarını otaqlarında keçirirlər. Hikikomori termini həm ümumilikdə bu sosial hadisədən danışarkən, həm də bu sosial qrupa aid olan şəxslərdən danışarkən istifadə olunur. Hikikomori keçmişə çəkilib, tənha və "müasir dövrün rahibləri" kimi təsvir edilib. Hikikomorilər valideynsiz yaşaya bilmirlər. Möhtacdırlar onlara. Valideynləri isə utanırlar bu övladlarından. Söhbət burda bəlli bir yaş qrupu və ya sosial çevrədən gedə bilməz. Kişilər daha çox sayca üstündür. Bu həyat tərzinin genişlənməsinə səbəblərdən biri də internet üzərindən istənilən şeyi çatdırılma ilə evinə gəti...

Johatsu-intihardansa, buxarlanmaq yaxşıdır!

Image
 Johatsu, yapon dilində buxarlaşma deməkdir. Bu kəlimə ölkədə qeyb olan, qəfləti yoxa çıxan insanlarla bağlı duruma verilən addır. Təxmini ildə 90000 yapon buxarlaşır. Evdən çıxır, bütün yaxın və tanıdıqlarını bir anda tərk edib yoxa çıxır. Borc, psixoloji problemlər, ev içi şiddət və sairə buna bənzər onlarla səbəblərə görə bu insanlar yox olmağı seçirlər. Bəzən də görünüşdə heç bir səbəb olmamış kimi də ortadan yox olurlar. Bu halda polis ortada sui qəsd, ölüm və intihar görmürsə, hadisənin arxası ilə getmir və işi rədd edir. Bu halda ailələr və yaxınlar itən şəxsin axtarışı və tapılması üçün dedektivə müraciət edir. Özəl dedektivə. Dedektivlərin ilk işi ucuz otel və hostellərdə axtarışa başlayırlar. Özəl dedektiv isə çox bahalı xidmətdir. Günü ən az 500 eurodur. Onu da bildirim ki, dedektiv üşün də məlumat toplamaq çox çətindir. Belə ki, nə mobil operatorlar nə bank qurumları heç bir məlumat bölüşmür dedektivlərlə.  Düşünün ata oğlunu uzun müddət görmür və oğlunun hesabında...

Pijamanı çox da ciddiyə alma!

Image
 Yaxınlara qarşıma çıxan reelslərin birində Didro effektini gördüm və çox da mənə manidar gəldi. Konsept elə keçən əsr Qrant Makkraken tərəfindən hazırlanıb 1988-ci ildə. Görünən odur ki, fransız fəlsəfəçi Denis Diderot ona çox təsir edib. Hadisənin özü onun bir hekayəsinə əsaslanır. . Fransız filosof yazır ki, bir gün ona bahalı pijama hədiyyə edirlər. Bu gözəl və bahalı pijamanı hədiyyə alandan sonra Didro ona uyğun gəlmədiyi, ona yaraşdırmadığı evindəki digər əşyaları da dəyişdirir və nəticədə bir vaxt sonra çox borclanır. Qrant Makkraken tərəfindən bu, bir alıcının yeni bir əşya alarkən bu əşyanın cazibəsinin təsiri ilə, bu əşyaya layiq görmədiyi köhnə əşyalarını dəyişdirib yeni əşyalar almasıdır. Yəni bir məhsul alarkən alıcı bu məhsulun səviyyəsinə uyğun digər məhsullar alır. McCracken-in istifadəsində Didro effekti "məhsul tamamlayıcıları" və ya "Didro məcmuələri"ndə obyektlər və istehlakçılar arasında qarşılıqlı əlaqənin nəticəsidir. Didro ansamblı mədəni c...

Bambuk, səbr və zamanın məhsuludur!

Image
  Biz kiçik dəyişikliklər edirik, amma nəticə heç vaxt tez gəlmir. Bu da çox vaxt ona gətirib çıxarır ki, başlanğıc rejimə gətirib çıxarır. Bambuk ağacı 5 ildə inkişafını göstərmir, 6 həftə ərzində 22 metr hündürlüyə gəlib çıxır. Düşünün, bu 5 il müddət ərzində dərinə kök salır. Görünməyənlər görünənə necə çalışır. Bir az da bambukdan danışsaq,  böyüməsi ilə çox qəribə olan bir  bitkidir : əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb  gübrələnir . Birinci il toxumda heç bir dəyişiklik olmur.  Toxum  yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır. Oxuduğun hər kitab yeni baxış bucağı...

Eşitdiklərim, gördüklərim-2

Image
 Bugün bir neçə müşahidəmi və eşitdiklərimi sizlərlə bölüşmək xoş olar: 1. Dövlət qurumlarından birində çağrı mərkəzində işləyən əməkdaşa niyə cındır deyilsin ki? Məsələ odur ki, həmin qurumun yüksək çinli məmurları ilə görüşdən narazı çıxıb və orda cəsarəti çatıb haqqını tələb edə bilməyib və çağrı mərkəzində gücsüz əməkdaşa cındır deyib, real həyatda özünü yaxşı hiss etmək!? Dahası da odur əməkdaşın bir üstündəki adam adboy verən əməkdaşına buna görə irad verir. Bildirir ki, gərək məşğul düyməsi basmıyaydın. Sona qədər onun təhqirinə qulaq asardın. Dahası irəlidədir. Cındır sözünü deyən şəxs də üzünə odboy verən əməkdaşı da daha üst şöbə rəhbərliyinə şikayət edir. Nə oldu bizə? 2. Güvənmə, yanma bugün eşitdiyim sözlərdən biri oldu. 3. Şəxsi dünyagörüşünü və xarakterini işində əməkdaşa əks etdirməli deyilsən. Əgər sən birini bəyənmirsənsə, fərqli fikirlərinə görə, onu işdən çıxartmalı deyilsən! 4. Adamı aparırlar gətirmirlər, avtomobilin nömrəsinin aşağısında yazılan sözlərdir. Da...