Hər şirkətin Jozef Göbbelsə ehtiyacı var... Bir az da Rudolf Hessə!

Fikir vermisinizsə, brendinə bağlı fanatik müştəri demək olar ki, yoxdur. Var. Azdır. Doya doya, durmadan, ancaq müsbət yönləriylə bağlı olduğu brendi bizə mədh etsin. Tamam, cansız əmtəə nişanına ya da məhsul, ya da xidmətin keyfiyyətinə niyə bu qədər bağlı olunsun deyə bilərsiniz. Ancaq çətin deyil ki, şəxslərə, məşhurlara, adi insanlara, qonşulara, iş yoldaşlarına, heç də həyatımızda rolu olan və ya olmayan insanlara da biz bağlı deyilik. Bunun yanında sevilənlər öldükdə unutulur, unutulanlar isə yada salınmır. Hələ bu bizim virtual fanatlığımız işin içinə girincə daha da betər. Enyanın Boadicea mahnısını dinləyincə durumun daha da vahiməli olduğu çıplaq şəkildə önümüzə sərilir. Onu müşayiət edən Rudolph Hessin son çıxışıyla miksi daha daha təsiredicidir. Son çıxışında disoriyentasiyadan və amniziyadan əziyyət çəksə belə, ilk özünü topladığı anda Hitlerə və ölkəsinin insanlarına bağlılığını ifadə edirdi. Həm də dəlicəsinə... Bütün bunları nəyə bağlayacağıq desək, Word of Mouth M...