Viral Marketing(2)

Viral Marketing məhsul tanıtımı və dağıtımı üçün istehlakçı komunikasiya şəbəkələrini istifadə edərək firmanın fəaliyyətdə olmasında rol oynayır. WOM texnikləri İnternetdə də mühümdür. İstehlakçılar ümumən dostlarından gələn bir e-məktub mesajını ən güvənilir qaynaq olaraq görməkdədir. Bunu bir Hotmail misalında da şəffaf şəkildə görmək mümkündür. Hotmailin viral marketinqi istifadə etməkl uğuru, məhsulun dost qrubu tərəfindən dəstəklənməsi vəya dost qaynağından gəlməsiylə əlaqədardır. Dıgər bir deyişlə, sistemin üstünlüğü mesajın yayılmasında iştirakçıların firma görəvliləri değil istehlakçı qrubunun olmasıdır. Bu nöqtədən hərəkətlə məhsulu istifadə edən hər müştəri bəsit şəkildə könüllü satıcı görüntüsü yaradır.
Viralda əgər söhbət təşviqatdan gedirsə, bu sadəcə insanlar arasında baş verməkdədir. Son illərdə Viraldaki təcrübələrin artması, xüsüsilə də vizuallığın da yüksək olduğu durumlarda daha populyar bir marketinq forması olaraq ortaya çıxmaqdadır. Bunun yanında Viral, istehlakçıların kampanyanı yaymasına güvənir.
Ağızdan ağıza komunikasiya ən köhnə marketinq texniklərindən biridir. Misal olaraq, istehlakçı məhsulla əlaqəli bir təcrübəyə sahibsə, əldə etdiği pozitiv və neqativ informasiyanı o məhsulu tez tez alan və istifadə edən dostlarına bildirir. Misal kimi, men Colins markalı bir yağmurluq(yağış keçirməyən kurtka) aldıqdan sonra, yagmurlu bir gündə geyinib işə gedirəm. Əgər o yağmur keçirdisə mən bu haqda öz yoldaş və dost çevrəmə bu haqda danışıram və keçid aləram diğər xüsusiyyətə ki...
WOM-da , təbii ki, Viralda da həmçinin, neqativ məlumat pozitiv məlumatdan daha da sürətli yayılır, eyni zamanda qəbul edilir. Məlumdur ki, WOM, dərketməni,gözləntiləri,davranışları təsir altına alma özəlliklərinə sahibdir. Neqativ düşüncə məhsula qarşı həmin məhsulların yox olmasına da gətirə bilər.
Viral, İnternetin təklif etməkdə olduğu sürət və digər imkanlar sayəsində agızdan agıza komunikasiyanı asanlaşdırır. Nəticədə, firma və məhsulla əlaqəli mesaj müştərilər arasında sürətlə yayılır.
Viral Marketingin firmalara qazandırmış olduğu dəyərləri isə incələrsək:
  1. Viral firma ilə müştəri arasındakı münasibətlərin necəliyini dəyişdirdi. əvvəl ənənəvi birbaşa göndərmələrdə 2 faizlik bir geribildirim(feedback) var idisə, viralda bu 18 faizdir. Bir də bura zaman və maliyət məsələsini elavə etsek viral həm qısa zamanda geri dönür, həm də ənənəvidən fərqli olaraq az xərclidir.
  2. Əlavə dəyər qatması- dijital şəbəkələrdə bağlantıların olması və onların ucuz,sürətli,istifadəsi asandər. Fortune Magazine, Viralı ucuz və təsirli elan edir.
  3. Viraldan istifadə edən firmaların başlanğıc məqsədi qısa zamanda yüksək qazanc əldə etmək değil, həqiqətdə isə gəlir də aşağı səviyyədədir.Reklam, tanıtım kimi funksiyaları yerinə gətirir. Zapa.comun Gizmo mehsulunu misal çəkmək olar. Bir mobil daşıyıcı olan Gizmo, müştərilərinə Java,Windows Media və MP3 kimi formatların endirilməsini pulsuz həyata keçirir.Bunun üçün sadəcə sayta giriş edərək e-məktubunuzu və özünüz haqda demoqrafik məlumatlar verməlisiniz. Zapa.com bu xidmətindən heç də yüksək gülir əldə etməsə belə, müxtəlif sahələrə fikrini cəmləşdirərək mənfəətini artırmağa çalışır. Bu sahələr, hər Gizmo məhsulu üzərinə reklam yerləşdirər.
  4. Viralın bir başqa yaratdığı dəyər , müəyyən bir istifadəçi kütləsi sahib olduqdan sonra, bunu başqa firmalara satmaqdır. İCQ 5 milyonluq istifadəçisi databazasını 287 milyon dollara AOL.coma satmışdır. Ya da hotmail 3 ildə 40 milyon istifadəçi datasını 400 milyon dollara Microsofta satmışdır.
  5. Viral böyük bir dağıtım kanalıdır. Burda isə önəmli olan mesaj və onun forması, diqqət çəkə bilməsidir.
  6. Çox firma Viralı istifadə etməklə yaratmaq istədiyi isə Markadır. Daha dəqiq desək Marka Bilinirliyini artırmağa çalışırlar.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı