Multiple Product Advertising(Məhsul Çeşidi Reklamları)

...Gillette MP Power Duracell ilə
Senseo kofe maşını Douwe Egberts kofe markası ilə
Apple Nike ilə
Harley Davidson Best Western Hotel şəbəkəsi ilə...
Yuxarıda verdiğimiz Co-Branding nümunələrində reklama müraciət edildiğində ortaya TV vəya outdoor reklamları çıxarsa bu reklam növünə Multiple Product Advertising deyəcəyik. Əsasən bir istehsalçının müxtəlif çeşidli məhsullarının bir arada reklam edilməsidir. Bunu elƏ Ülkerin son reklamlarından biri olan 4 brəndinin birlikdə The Verve qrubunun Bittersweet Symphony instrumental versiyası ilə TV-lərdəki reklamını xatirlayarsız. Bir istehlakçının bir neçə məhsulunu bir yerdə reklam edərək əsas etibarıyla 2 əsas məqsəd üçün həyata keçirilir:
1. Büdcə xərclərini azaltmaq
2. Stokun tenzimlənməsi.
Şübhəsiz ki, diqqət edilməsi gərəkən, məhsulların doğru seçilməsidir. Məhsul bölgüsünü nəzərə alsaq, bir məhsul lineyasına(product line) aid olan məhsulların satın alına biləcəyi mümkün olmalıdır. Bu məhsul lineyasına aid olan məhsullar bir brəndə aiddirsə bu zaman ailə marka brəndingi kimi çıxış edir. Daha sonrakı əlavə edilmiş məhsul digər məhsulları tamamlarsa bu effektivliyi artırır. Ümumən bu durumda, sadəcə satış artmır eyni zamanda brəndin imici də artıq formalaşib güclənməkdə olur.
"Burda istədiğiniz hər şey var" vəya "Axtardığınız hər şey burda" mesajları məhz tipik M.P.A hesab olunur. Lakin bu özlüyündə mesaj bolluğunun yaratdığı mesaj kirliliyinə səbəb olur. Bu İKEA-nın müxtəlif dizaynlı və müxtəlif rəngli məhsullarında qırmızı vazanın orta keyfiiyətli olub, "Sam broun" qədəh dəstinin premium keyfiyyəti ilə qarşımıza çıxmasıdır. Bu durumda iştirakçı statusu qazanmış məhsulların eyni keyfiyyətli olması, aralarında həm qiymətcə, həm də keyfiyyətcə yaxın olması qəbul olunandır.
Məhsul çeşidi çox olan firmaların satış strategiyalarına kömək edən bu tətbiqlər, əslində bənzər firmalar arasındakı rəqabəti artırır. Qiymət təyini isə ən həssas nüans kimi nəzərə alınmalıdır. Birarada reklam olunan bir neçə məhsulun zaman zaman qiymətlərinin dəyişməsi, elastikliyin itməsi, inflyasiyanın qeyri stabil qiymət yaratması arzu olunmazdır.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı