Kütləvi informasiya vasitəsi olan Qəzetlər reklam üçün hələ də rol oynamaqdadır və günümüzdə yenə də yaygındır. http://www.mak.az/forum/index.php?showtopic=164&st=0 dan bir topik bununla əlaqədar görüncə qəzetin reklam üçün yaratdığı üstünlükləri və əksik tərəfləri yazmaq istədim. Reklamverənlərin daxili bazarda yerli bazarlara marketinq təkliflərini çatdırması məsələsidir. Reklamverən qəzetlərin 3 növü var; 1.klassik 2. display 3.əlavə(supplement,insert,advertorial). Öncəliklə üstünlüklərdən başlamaq istəyirəm...
- Müəyyən bir area və ya cografi bölgüdə çox insanın əldə edə bilməsi mümkündür.
 - Reklamverən şox rahatlıqla reklamın ölçüsündə və teyin edilmiş yerləri seçə bilər.
 - Reklam kifayət qədər geniş ola bilər və rahatlıqla yayımlanar
 - Reklam açıqlığı qəzetdə məhdudiyyət tanımır və oxuyucu onu təkrar təkrar oxuya bilər.
 - Bir çox opsiyonlara sahibdir. Kopyalana bilər və istənilən rəngdə ya ag-qara , ya da rənkli.
 - İnsanlarda sevdikləri və oxuduqlari qəzetlərdə reklamı oxuyur və o qədər də televizordakı reklama mənfi reaksiyası yoxdur.
 - Qəzet reklamında geri bildirim(feedback) sürətlidir. Belə də ki, həftənin Bazar ertəsi verilən reklam bir həftəliyinə yayımlanacaqsa, o reklama cavab da o müddət ərzində də gəlir.
 - Əgər büdcən azdırsa, o büdcəyə uyğun da kiçik ölçüdə reklam vermək mümkündür.
 - Hər hansı bir qəzet nömrəsi vəya da onun arasından bir səhifə çıxardıla bilər ve saxlana bilər
 - Qəzetdəki başlıqlara uyğun olaraq reklam da yerləşdirilə bilər. Misal olaraq, İdman başlığında idman mağazası dükanının reklamı uyğundur.
 
Şübhəsiz qəzet reklamlarının üstün olmayan cəhətləri də var, yəni dezavantajları :
- Clutter deyilen, dağınıqlıq ya da kirlilik. Bər səhifədə çox reklamın olması və konkret oxuyucunun diqqətini ona verməməsi mümkündür.
 - Reklam veriləcək yerin bahalı olması
 - Zəif görsəl məhdudiyyət, fotoların keyfiyyətsiz olması
 - Qəzetlər ümumilikdə pullu olur
 - Qəzetin ömrü qısa olur, sadəcə bir dəfə oxunur çox hallarda.
 - İnternetin də geniş vüsət alması da, qəzetin geriləməsinə səbəbdir.
 - Əsl hədəf kütləsinin qəzeti əldə edə bilməməsi.
 
Comments
Post a Comment