Tünd bənövşəyi haqqında

Tünd bənövşəyi rəngini o vaxta kimi diqqətə almazdım ki, Azercell Rebranding edib də bu rəngi aktuallaşdırmasaydı. Bugünün rəngi olan bənövşəyi ingilis dilində violet, almanca violett kimi bu dillərdə istifadə olunur. Etimologiyasına nəzər salsaq fransızcadan violette sözündən gəlir. Bu isı bir gül adıdır. 1370-ci ildən rəsmi şəkildə İngiltərədə violet kimi istifadə olunmağa başlanır.
Bu məqaləmdə sadəcə bənövşəyi rənginin əlamətlərini və simvollarını yazmaqla kifayətlənəcəm. Bunlara bir göz gəzdirək:
  1. Çin rəssamlığında bir harmoniyanı bildirir, kişi təmsilcisi olan qırmızı, qadın təmsilcisi olan mavi rəngin qarışığıdır.
  2. İngiltərədə şokaladların rəngi də bənövşəyi boyanır, bu paketləmə rəngi lüksə işarədir.
  3. Almaniyada Dortmunda əsası qoyulmuş The Violet Party, partiyada ən əsas mənəvi dəyərlərə üstünlük verilir.
  4. Hinduizmdə, bu rəng yeddinci çaxra Sahasraranın rəmzidir.
  5. Qərb kilisələrində Advent və Lent ənənəvi bayramlarda istifadə olunan rəngdir.
  6. Düzgün qərarvermənin rəngidir.
  7. Mənəvi hisslərin doldurulmasında yer tutan rəngdir, əgər bu rəngi ətrafınla sarsan, aglında və ruhunda sülh(sakitçilik) yaratmış olacaqsan. Meditasiya olunmaq üçün istifadə edilən bir rəngdir.
  8. Güc,Həyəcan,Sirr,Əfsanə rəngədər.
  9. Şərəf, özünə inam rəngədər.
  10. Azercellimizin rəngidir.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Bəzi sözlərin kimliyi və izahı