Tolstoyun "Dirilmə" əsərindən maraqlı alıntılar(1)

O zaman sədaqətli, hər bir xeyir əş üçün özünü fəda etməyə hazır bir gənc idi; indi isə, yalnız özünü sevən, pozğun, incə-mincə bir eqoist idi. O zaman bu dünya ona əsrarəngiz bir aləm kimi görünürdü və o, fərəhlə, coşqunluqla bu sirlərə vaqif olmağa çalışırd,- indi bu həyatda hər şey sadə və aydın olub, onun düşdüyü həyat şəraitinə görə müəyyən edilirdi. O zaman təbiətin sirləri ilə və ondan əvvəl yaşamış, düşünmüş və duymuş adamlar iş fəlsəfi əsərləri və şeyləri ilə tanış olmaq lazım və vacib idi; indi isə insan cəmiyyəti və lazım olan yoldşları ilə görüşüb-danışmaq daha vacib idi. O zaman qadın onun təsəvvüründə əsrarəngiz və gözəl, məhz elə bu əsrarəngizliyinə görə gözəl bir varlıq id; indi isə qadının- öz ailə üzvləri ilə dostlarının arvadlarından başqa,- hər bir qadının varlığının mənası tamamilı aşkar idi: qadın, artıq dadmış olduğu ləzzətlərin ən yaxşısı idi...
Bütün bu dəhşətli dəyişiklik yalnız ona görə baş vermişdi ki, o özünə inanmaqdan əl çəkib, başqalarına inanmağa başlamışdı. Ona görə özünə inanmaqdan əl çəkib, başqalarına inanmışdı ki, özünə inana inana yaşamaqhəddən artıq çətindi; özünə inananda, hər bir məsələni yüngül sevinclər axtaran öz heyvani mənliyinin xeyrinə deyil, demək olar ki, həmişə onun zərərinə həll etmək lazım gəlirdi; başqalarına inananda isə, hər bir şeyi həll etməli olurdu, çünki hər çey artıq həll edilmiş, həm də mənəvi mənliyin əleyhinə, heyvani mənliyin xeyrinə həll edilmiş olurdu. Bundan əlavə, özünə inanıb iş görəndə adamlar həmişə onu danlayırdılar, başqalarına inananda isə ətrafdakı adamların hüsn-rəğbətini qazanırdı.
Belə ki, Nexlyudov Allah, həqiqət, varlələq, yoxsulluq barısində fikirləşəndə, oxuyanda və danışanda, bütün ətrafındakılar bunu yersiz və qismən bunu gülünc hesab edirdilər, anası da, bibisi də mehriban kinayə ilə onu notve cher philosophe adlandırırdılar, amma roman oxuduqda, duzlu-məzəli lətifələr danışanda, fransız teatrında göstərilən gülməli vodevillərə gedəndə və bunları sonra şənşən məsxərəyə qoyanda, hamı onu tərifləyir, ondan heçnə əsirgəmirdi. O öz tələbatını məhdudlaşdırıb, nimdaş şinel geyinəndə, şərab içəndə hamı bunu qəribəlikvə bir növ lovğalıq hesab edir, amma ova gedəndə və ya şəxsi otağını həddən artıq bərbəzəyə tutmaq üçün bol-bol pul sərf edəndə isı hamı onu tərifləyir və qiymətli şeylər bağışlayırdı.O oğlan olduğu zaman və evlənənə qədər özlüyündə, necə varsa qalmaq istəyəndə, qohumları qorxuya düşürdülər ki, bəlkə bir xəstəliyi var, hətta anası onun həqiqətən kişi olduğunu və bir fransız qadınını yoldaşının əlindən almış olduğunu eşitdikdə, nəinki acığı tutmuş, əksinə, sevinmişdi də. Katyuşa əhvalatında isə, oğlunun onunla evlənmək fikrinə düşə biləcəyini, knyaginya anası təsəvvürünə belə gətirə bilməzdi.
Eynən bu sayaq, Nexlyudov həddi buluğa çatıb, atasından miras qalan kiçik bir malikanəni,-torpağa mülkiyyəti haqsızlıq saydığı üçün,-kəndlilərə verdikdə, onun bu hərəkəti anasını və əqrabasını dəhşətə gətirmiş və bütün doğma adamların ona sərki vurmasına və lağ eləməsinə səbəb olmuşdu. Onu dəng edərək danışırdılar ki, torpaq alan kəndlilər bundan nəinki varlanmamış, hətta daha da yoxsullaşmış, iş güclərini ataraq öz kəndlərində üç meyxana açıb, lap avara olmuşlar. Onda ki Nexlyudov qvardiyaya daxil olub, öz əsil-nəsəbli yoldaşları ilə o qədər pul xərcləyib qumarda uduzmuşdu ki, Yelena İvanovna dar gün üçün saxladığı puldan götürməli olmuşdu, buna demək olar ki, heç acığı tutmamışdı, çünki oğlunun bu gənc yaşında və yaxşı mühitdə vurulmasını təbii, hətta yaxşı bir ış hesab edirdi.
Əvvəllər Nexlyudov mübarizə edirdi, amma mübarizə etmək çətindi, çünki onun özünə inanıb yaxşı hesab etdiyini o birilər pis bilir və əksinə, özünə inanaraq pis bildiyini bütün ətrafdakılar yaxşı hesab edirdilərş
Nəhayət, nəticədə Nexlyudov təslim oldu, özünə inanmaqdan əl çəkib, başqalarına inandı. İlk vaxtlar onun bu öz-özündən əl çəkməsi onda xoşagəlməz hisslər oyadırdı, amma bu hissiyat heç də uzun sürmədi və çox tezliklə Nexlyudov papiros çəkməyə, şərab içməyə başlayıb, bu xoşagəlməz heysiyyəti unutdu, hətta, böyük bir yüngüllük duydu.
Beləliklə, Nexlyudov öz təbiətinə xas olan bir ehtirasla bütün ətrafındakıların bəyəndikləri bu yeni həyata qapılıb, öz daxilindən gələn, nəsə, başqa bir şey tələb edən o səsi tamamilə susdurdu.

Bu alıntını oxuduğumda bir neçə əsər xatirimə gəlir; Mirzə Fətəli Axundovun "Aldanmış Kəvakib", digəri isə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti".

Təslim olmayın.
Təslim edin...

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı