XIV Lüdovik OL!
XIV Lüdovik (fr. Louis XIV de France) Fransada taxta çıxanda 4 yaş 8 aylığında idi. Amma 72 il hakimiyyətdə kral olmuşdur. Tam 72 il. Günəş kral deyə adlandırılır. Hakimiyyət dövrü uzun və keşməkeşli olsa da tarixə adını bir çox fəzilətlərlə yazdıra bilmişdir. Niyə bu zatı mən mövzu edirəm, bunu açacam sizlərə. Məsələ odur ki, Louis hər zaman bir xüsusiyyətilə seçilib. Haşiyə çıxım, Louis sözünün mənası məşhur döyüşçü və qənimət gətirən deməkdir.
Lüdovik, danışan adam deyildi. Baxmayaraq ki, gənclik illərində o gözəl nitqindən həzz alardı. Sonradan heç kəsə tarazlıqdan çıxarmasına şərait yaratmamaq üçün, SUSQUN olmağı öyrəndi. Heç kəs öz mövqeyini dəqiqliklə bilmirdi, heç kəs Lüdovikin reaksiyasının nə olacağını öncədən müəyyən edə bilmirdi. İndi bəziləri deyər ki, 40 yaşına gələndə artıq onun heç bir dişi qalmamışdı. Ola bilər. Kompleks etsin bunu özünə, amma unutmayın o bir kral idi. Doğulanda zatən 2 dişlə doğulmuşdu.
Dinməz qalan kralın hüzurunda uzun uzadı danışmağa məcbur olan xahiş-minnət üçün gələnlər, qeyri ixtiyari olaraq, kralın qarşısında daha çox açılırdılar. Lüdovik isə gələcəkdə bütün bunları onların özlərinin əleyhinə uğurla istifadə edə bilərdi.
Luinin susqunluğu ona hamını qorxu altında və tabeçilikdə saxlamağa kömək edirdi. Bu, onun əzəmətinin əsaslandığı dirəklərdən biri idi. Elə susa susa Dünyanın və Fransanın ən uzun ömürlü kralı oldu.
Dostlar, XIV Lüdovik Olun. Susmağı da bacarın. Susmaq sizi yerində və zamanında xilas edər!
Comments
Post a Comment