Ashley Madison- qadağaları da bazarlamaq!

 2002-ci ildə Kanada da yaranan bu veb səhifə bir datinq səhifəsidir və düşünün ki, sadəcə bir qadağa üzərindən xidmət göstərir və bu da onun əsas digər datinq səhifələrindən əsas fərqləndirir. Qadağa nədir desək? Sadəcə evli insanlara xidmət göstərməsindədir. Veb saytın şüarı "Həyat qısadır. Bir əlaqəniz olsun". Ashley Madison, "qırıq ürəklərin arxasında qurulmuş bir iş" olduğu və reklam üçün partizan marketinqindən istifadə etdiyi üçün tənqid edilmişdir. Şirkət 2015-ci ildə məlumatların pozulması və milyonlarla istifadəçinin şəxsi məlumatlarının ictimaiyyətə açıqlanması ilə məşhurlaşıb. Qanun pozuntusu həmçinin şirkətin “saxta hesablar yaratmaq və ya başqalarının saxta hesablar yaratmasına mane olmamaqla” istifadəçi bazasının ölçüsünü şişirtdiyini ortaya qoydu.


Adı Şimali Amerikada iki məşhur qadın adından gəlir, "Ashley" və "Madison". Ashley Madison Kanadada yerləşən üzvlük veb saytı və xidmətidir; onun üzvlüyünə 53 ölkədə 60 milyondan çox insan daxildir. Şirkət 2014-cü ildə Sinqapurda satışa çıxarmağı planlaşdırdığını açıqladı.Bununla belə, Sinqapur Media İnkişafı İdarəsi (MDA) Ashley Madison'un Sinqapurda fəaliyyət göstərməsinə icazə verməyəcəyini açıqladı, çünki "bu, zinakarlığı təbliğ edir və ailə dəyərlərinə məhəl qoymur"

Çox maraqlıdır ki, bütün ödənişlər demək olar ki, kişilər tərəfindən həyata keçirilir. Xanımlar ödəniş etmir. 

Netflix maraqlı 3 seriyalı bir mini dizi ortaya çıxardıb. Baxın, sayt insanları necə aldadır və necə pul qazanır! Sevindiyim bir hal oldu ki, Azərbaycan ölkələr arasında yer almayıb. 



Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Bəzi sözlərin kimliyi və izahı