Milton dili, az çoxa təsir edir!
Milton Erikson, bu adı 2009-cu ildə NLP təlimlərində eşitsəmdə, ancaq heç də bugünki diqqəti verməmişdim. Ta ki, bizim Elçin abimiz bunu yenidən oxumağı və araşdırmağı önərənə qədər. Dostlar, 79 il yaşayıb və hipnozun atası olmasa da, bu işdə çox irəlidədir. Hipnozun atası isə Ediburqda təhsil almış James Braiddir. Adam Smith kimi o da Edinburqla əlaqəli üləmalardan birdir.
Milton Erikson bugünki yazımda daha çox Milton modeli və ya Milton dili ilə bağlı hipnoz üsulu ilə hüzurumuzda olacaq. Nədir Milton modeli? Milton tərəfindən inkişaf etdirilmiş bir modelləşdirilmiş dil qəlibidir. Milton Modeli (Hipnotik dil), hər sözün, cümlənin və qrammatik quruluşun nevrologiya ilə əlaqəli olduğunu kəşf edən Erickson, bilinçaltına birbaşa müraciət edən unikal bir dil inkişaf etdirdi. Bu şəkildə danışdıqda insanla çox daha dərin ünsiyyət qura və nəticəni çox daha tez ala bilir.
Təxminən 20 unikal qrammatik quruluşdan ibarət olan bu dilə yiyələndikdən sonra insanları sadəcə danışmaqla trans vəziyyətinə salmaq olar.Burada müxtəlif dil qəliblərindən istifadə edilir. Bir neçəsini gözdən keçirək:
1. Gizli əmrlər- Bunlar daha geniş cümlələrdə yönləndirmə və əmr daşıyıcı sözlərdən ibarətdir. Misal olaraq, rahatlaşa bilərsən, bir az sonra özünü daha da yaxşı hiss etməlisən
2. Neqativ əmrlər- Ümumiyyətlə, neqativ şəkildə əmr verməklə bağlıdır. Misal, sənə verilən pis gündəki borcu heç vaxt düşünmə!
3. Gizli suallar - Geniş suallarda suallar gizli qoyulur, heç ruhun da hiss olunmur. Misal, bütün bunların necə öhdəsindən gəldiyini bilmək istərdim və ya Zənnimcə, olanların birbaşa sənlə əlaqəsi ola bilər və sairə.
Comments
Post a Comment