Honne və Tatemae(Öz və qeyri öz)

 Honne və Tatemae yapon düşüncə fəlsəfəsində çox ciddi paya sahib qavramlardır. Gündəlik həyatda da izlərinə rast gələ bilirik. Honne, bir insanın həqiqi şəxsiyyətini, olduğu gibi ortaya qoyma durumudur. Tatemae isə bunun əksidir. Belə ki, yaponlar həqiqi kimliklərini, içlərindən gələn həqiqi hisslərini basdıraraq içində olduqları cəmiyyətə uyğun olaraq hərəkət edirlər. Bunu xüsusilə cəmiyyətin nizam və intizamının pozulmaması məqsədilə edirlər. Bu iki qavramın birbaşa konfisçilik dini ilə əlaqəsi var. 



Yaponlar təməldə duyğularını qarşı tərəfə göstərməyən, duyğuları açıq sərgiləməyi iradəsizlik, gücsüzlük olaraq görən cəmiyyətdir. Qarşısındakı insanla münasibətini müəyyən bir dinclik və ahənk içərisində irəllətmək, qrup daxili nizamı pozmamaq üçün var gücüylə öz duyğularını heçə saymaq bir yapon üçün normallaşmış bir davranış biçimidir.  Başqasının içindən söyüş də keçərsə qarşısındakı insana mədəni və nəzakətli davranmağa çalışılır. Yaponların gülərüzlü olma səbəblərindən biri də budur. İstər məktəb və universitet, istərsə iş həyatı olsun bu pratik həyatda da özünü göstərir. Avropalılar buna profesiyonal davranış deyir. Bizlər isə buna ikiüzlülük və ya riyakarlıq deyirik. Çünki bizdə için və çölün eyni olsun, kişi ol əə kişi düşüncəsi hakimdir. 

Yaponlarda bu ən az 1000 illik bir oturaq həyatın yaratdığı mədəniyyətin bir mirasıdır. Belə ki, keçmişdə kiçik bir kənddə az sayıda yaşayan sakinlərin öz içlərində birlik qavramını çox irəli səviyyəyə gətirə bilmişlər. Ancaq qonşu topluluqlarla da münasibəti istiqrarlı saxlamaq da vacibdir ki, bu istiqamətdə də irəliləyiblər. Bu qavramları daha çox mənimsəmək üçün Fukutate Tadaşinin "Yapon cəmiyyətinin təməli" kitabında da oxuya bilərsiniz.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Bəzi sözlərin kimliyi və izahı