Sonra...
Heç bir şeyi sonrasına buraxma...
Sonra. İnsanlar sonra böyüyür...
Sonra edərik deyirik...
Sonra marağınızı itirərsiniz...
Sonra fürsətlər əlinizdən çıxar...
Sonra günorta gecəyə dönüşər...
Sonra bir şey etmədiyiniz üçün peşman olarsınız...
Sonra sözünün mənası bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfidir. Ana dilimizdə sonra sözünün kökü də maraqlıdır. Son kəliməsi sözün köküdür və görünən odur, son sözü də mənfi çalarlıdır.
Əzizlərim, anlaşılan odur ki, sonra kəliməsi əslində mənfi nəticəli sözdür. Çalışaq, sonra kəliməsini sonraya saxlamayaq.
Comments
Post a Comment