Milton dili, az çoxa təsir edir!
Milton Erikson, bu adı 2009-cu ildə NLP təlimlərində eşitsəmdə, ancaq heç də bugünki diqqəti verməmişdim. Ta ki, bizim Elçin abimiz bunu yenidən oxumağı və araşdırmağı önərənə qədər. Dostlar, 79 il yaşayıb və hipnozun atası olmasa da, bu işdə çox irəlidədir. Hipnozun atası isə Ediburqda təhsil almış James Braiddir. Adam Smith kimi o da Edinburqla əlaqəli üləmalardan birdir. Milton Erikson bugünki yazımda daha çox Milton modeli və ya Milton dili ilə bağlı hipnoz üsulu ilə hüzurumuzda olacaq. Nədir Milton modeli? Milton tərəfindən inkişaf etdirilmiş bir modelləşdirilmiş dil qəlibidir. Milton Modeli (Hipnotik dil), hər sözün, cümlənin və qrammatik quruluşun nevrologiya ilə əlaqəli olduğunu kəşf edən Erickson, bilinçaltına birbaşa müraciət edən unikal bir dil inkişaf etdirdi. Bu şəkildə danışdıqda insanla çox daha dərin ünsiyyət qura və nəticəni çox daha tez ala bilir. Təxminən 20 unikal qrammatik quruluşdan ibarət olan bu dilə yiyələndikdən sonra insanları sadəcə danışmaqla tra...