Priego de Córdoba-bu şəhərdə hərkəs işləyə bilər!


 

Ispaniyada bir proyektin icrası davam edərkən, mövzu ilə bağlı ağac və gül çiçək əkilməsi ilə üçün orqanizatora müraciət edildi. Sağolsunlar, hə cavabı gəldi. Danışdıqca məlum oldu ki, onların bizi götürəcəyi yer Albasur Plena inclusion adı altında fəaliyyət göstərən bir yerdir. Maraqlısı odur ki, bu məkanda gül-çiçək və bitki yetişdirilməsi əksərən sırf fiziki məhdudiyyətli sakinlərin iştirakı və qatqısı ilə gerçəkləşdirilir.



Ünvandayıq. Elə ilk qarşılayan özü hərəkət edən motorlu əl arabasında bir işçi bizi qarşıladı. Məlum oldu ki, binanın və ərazinin təhlükəsizliyindən məsul bu yoldaşdır. Albasurun meneceri olan şəxs bütün personalı tanış etdi bizlərlə. 

Priego de Cordoba/Spain/Guardian of Albasur Plena inclusionin/Disabled people/Integrity/Contribution (youtube.com)

Sırayla hər biri özünü təqdim edib, işlərindən danışdılar və bizlərə göstərdilər. Çox ləzzət elədi. Bunu ilk dəfə görürəm. Sonra bizlər onların etdiklərini təkrar etməyə başladıq. Onlar da bizə izah edirdilər, düzəlişlər edirdilər. Dibçəkdə gülü əkməyi və ya tingi doğru basdırmağı öyrətdilər.

Dəqiqələr keçdikcə ağılda yaranan suallar və ard arda verilən cavablar bir fikrə götürdü? Niyə bizdə bundan yoxdur və biz bu keyfiyyətli insanları cəmiyyətə inteqrasiya elətdirmirik. İlk ağlıma gələn də bu oldu ki, bu gözəl təcrübəni paylaşmaqdır.

Daha sonra ağaclarımız əkildi və ardınca onların özlərinin yetişdirdiyi ağac və güllərin sərgiləndiyi məkana getdik. Qiymətlər üzərində və əlçatan. Abartmasız və şişirilməmiş qiymətlər. Həmçinin kiçik yaradılmış mağazalarında toxumlar, promo köynək və digər Albasur yazılan məhsullar da satışda idi. Əlbəttə mən də 13 ədəd müxtəlif çiçək, tərəvəz və meyvə toxumları aldım. Doğma kəndimiz Ləkidə həyətimizdə əkiləcək. Yetişərsə nə gözəl. Sizlə də paylaşaram. Biz iz yaratmış olarıq.



Könüllülük proqramı da mövcuddur və rahatlıqla müraciət olunur. Eyni zamanda üzlük də var. İstənilən şəxs onların üzvünə çevrilə bilər. 30 illik fəaliyyətlərində davamlılıq onların əsas şüarıdır.

Albasur Association | Full Inclusion Andalusia saytları ilə buradan da tanış ola bilərsiniz.

Biz isə burdan bütün qrupumuzun bütün şəklini paylaşmaq düşər. Əlavə sualları olan olarsa mənə yaza bilər, geniş müzakirə və təhlil edə bilərik.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı