Hollandiya/Arnhem/1-ci proyekt/xatirələr/düşüncələr/Eyyub abi

 Son səyahətimdə olduğum toplam 12 şəhər və 3 ölkədən qeydlərimi hissə hissə sizlərlə bölüşmək istəyirəm, hesab edirəm ki, sizə və mənə faydalı olar.

İlk başlayaq, elə ilk uçuşumuzdan. Belə ki, diqqətimi çəkən öz havalimanımızda internet heç bir maneəsiz qoşulma imkanına sahibdir, eləcə də ki, Frankfurtdakı aeroport da. Həmçinin Amsterdamdakı və digərləri, sadəcə İstanbuldakı Sabiha Gökçen havalimanında maneələr çıxdı və qoşulmaq olmadı.

Bildirim ki, ilk proyektimiz Niderlandın Arnhem şəhərində oldu ki, bura da ilk dəfə gəlirdim elə adını da ilk dəfə eşidirdim. Arnhem döyüşü və körpüsü dünyaya məlumdur. Döyüş nazi Almaniyasının qələbəsi ilə nəticələnir, ancaq bu onların qərb bölgəsində sonuncu qələbələri hesab olunur. Döyüşün birləşmiş ordu tərəfindən uduzulmasında hər yerdə olduğu kimi satqınların roluyla da izah olunur(bizdə həmişə satqın ancaq bizlərdə olur düşüncəsindən artıq çıxaq).

Şəhər memari və qədimliyini qorumaqdadır. Yaşıllıq, yağış, müzeylər, mükəmməl nəqliyyat qovşağı və daha nələrlə zəngindir. İnsanlar mənə və digər iştirakçılara çox isti gəldi. Belə ki, ünsiyyət qurmaq və onlarla tanış olmaq imkanını yaradırdılar. Bu çox xoş bir haldır. Şəhər meri, mərakeşli idi və ciddi şəkildə multikultural dəyərlərə sahibdir. Türklər, ərəblər və digər millətlər gözə çarpacaq dərəcədə çoxdur. Avtobus şoferləri çox halda qadınlar tərəfindən idarə olunurdu. Ümumilikdə, avtobusa mindiyində salam, düşəndə yaxşı yol demək məni çox təəcüübləndirdi. Elə bil, paretonun 80/20 düsturunu əzbərləyib, tətbiq edirlər.

Onu da bildirim ki, kilsələr möhtəşəmdir və birində St Eusebius Church-da şüşə balkon(glass balcony) şəhərin simvollarından birinə çevrilib. Girişi müzey olduğu üçün 12 eurodur. Tələbə kimi, 6 euro giriş mümkündür. 



Arnhemdə hər gün yağış sizi bezdirə bilər, amma isti evin də nə qədər önəmli olduğunu da çox yerində qiymətləndirirsiz.

Market qiymətləri baha və yenə də türk baqqaları müqayisə də ucuz. Məkanlar çox tez bağlanır istər restoran, istər market. Ancaq türk restoranı və baqqalı müqayisə də gec bağlanır.

Suriyalılar kifayət qədər çox və hər yerdə varlar. İşləyirlər, əziyyət də çəkirlər. Bunu elə Chico's Place-də (yemək yediyimiz yer) də gördük. Elə Çiko abimizin də dönərləri də yetəri qədər dadlı və ləzzətli idi. Əsli Konyadan olan, qaraman tayfasından olan, doğma böyümə Arnhemdə yaşayan Çiko abimiz çox səxavətli insan və zəhmətkeş bir dostumuzdur. Hələ bizim Azərbaycan gəncliyimizə də çıxışı da oldu.

Arnhemdə olan Chico's Place-in sahibi Eyyub abinin töfsiyələri (youtube.com)



Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı