İnfluencer, yalançı Ayna...

 Malaqadan Istanbula uçanda 6 saatdan çox təyyarə müddəti təbii ki, çəkilməz idi. Maraqlı filmlər opsiyonunda İnfluencer filmi diqqətimi çəkdi və qərarə gəldim izləyim. İzlədim. Təəssüratlarımı bölüşmək istəyirəm.

Film Tailandda  instagramda məşhur bir influencerin gündəliyindən başlayır və bunla da "təsadüfi" tanış olmuş bir xanımın yaxınlaşmasını və sonrakı prosesləri filmi izlədikdə bilə bilərsiniz. Gəldiyim qənaətlər bunlardır ki;

Sizin hər paylaşılan şəkil və videonuz sevənlərinizin təqdirini qazandığı kimi, sevməyənlərin nifrətini də gücləndirir,

Yeni nəsil ciddi qısqanclıq və paxıllıq hissilə böyüyür,

Öldürmək və öldürməkdən çəkinməmək rahatlıq hissi ilə eynidir,

Sevmək, motivə edilmiş olmaq və təqdir etmək, tənqid, linç və nifrətlə İnfluencerə çox dinamik şəkildə dəyişir,

Unutmaq və unudulmaq çox sürətlidir,

Qalıcılıq yox dərəcəsindədir.

Qısacası, sizi sevənlər sizin həm də düşməninizə çevrilməsi an məsələsidir.

Və təbii ki, sevgisiz insan 33 ilin ət qəssabı qədər soyuqqanlı və bir o qədər ürküdücü ola bilər...






Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı