Inancın modernləşməsi-Məsciddə daha nə edə bilərik!?


 

Rotterdamda türk qrupla birgə əzəmətli bir kilsəni gördükdən sonra ora yaxınlaşmağa qərar verdik. Yaxınlaşdıqca açıq olduğu və izdihamın şahidi olduq. Məlum oldu ki, kilisədə event varmış. Girişdə olan mühafizəçi bizdən lent band olub olmadığını soruşdu, yoxdur dedik. Bildirdi ki, giriş ancaq qeydiyyatdan keçənlərə aiddir. Biz də qeydiyyatsızıq. Dil tökdük, xahiş etdik, razılıq vermədi. Təkrar bir neçə dəqiqə sonra yaxınlaşıb, bir neçə dəqiqəlik baxmaq üçün xahiş edib içəri keçdik.

Kilisədən cavabdeh olan şəxslə birgə kilisəni dolaşdıqca, ihitişamlı bir event təşkil edildiyini gördüm. Düşünün, müxtəlif şıx geyinmiş iştirakçılar necə də birbirləri ilə söhbət edirlər və içkilərini qurtumlayırdılar. Təbii ki, orqanın sədaları altında. Üstəlik, qonaqlar və rəngarəng işıqlar. Ortada gəzən ofisiantlar və tanıtımçılar. Görünən o idi ki, iştirakçılar şəhərin bəlli birbirini tanıyan bir qrup insanıdır. İncil oxuyan və ya oxuduğu bölümü müzakirə etmələr. Din onların həyatının hər sahəsinə daxil olması və onların hər anında ortaya çıxması təsadüfi deyil. Uzaqlaşmır, uzaqlaşdırılmır. Bu kilisə Rotterdamda, Grote of Sint Laurenskerkdir. Möhtəşəmdir. Şənbə günləri ziyarət edin.



Bəzən mənə elə gəlir ki, biz müqəddəs kitabımızı stolun üstünə qoyanda belə stres keçiririk. Onu daha hündürə və ya əlçatmaz bir yerə qoymağı ağıl edirik. Kitabımız da və dinimiz də bizdən uzaq olmamalıdır, əlçatmaz olmamalıdır. Əlçatan olmalıdır. Müqayisə edək, xaricdə işlə bağlı olduğum bəzi otellərdə incil kitabı otelin foyesində, resepsiyonunda, qardirobunda, bəzən otaqlarda da görə bilirik.

Vitoria şəhəri. İspaniya. 18 rahibənin birgə açdıqları pub barı idarə etmələri də diqqətimi çəkdi. 


Elə yaxınlarda ziyarət etdiyim Sultan Ahmet camisində şahid olduğum mənzərə məni çox sevindirdi. Deməli, bir neçə bələdiyyə işçisi caminin içində gül suyu ilə suyun qarışımından mayeni havaya fısqırdaraq havada xoş qoxu yaradır. Çox ürəyə toxunan hisslər aşılayır.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı