Inancın modernləşməsi-Məsciddə daha nə edə bilərik!?
Rotterdamda türk qrupla birgə əzəmətli bir kilsəni gördükdən sonra ora yaxınlaşmağa qərar verdik. Yaxınlaşdıqca açıq olduğu və izdihamın şahidi olduq. Məlum oldu ki, kilisədə event varmış. Girişdə olan mühafizəçi bizdən lent band olub olmadığını soruşdu, yoxdur dedik. Bildirdi ki, giriş ancaq qeydiyyatdan keçənlərə aiddir. Biz də qeydiyyatsızıq. Dil tökdük, xahiş etdik, razılıq vermədi. Təkrar bir neçə dəqiqə sonra yaxınlaşıb, bir neçə dəqiqəlik baxmaq üçün xahiş edib içəri keçdik. Kilisədən cavabdeh olan şəxslə birgə kilisəni dolaşdıqca, ihitişamlı bir event təşkil edildiyini gördüm. Düşünün, müxtəlif şıx geyinmiş iştirakçılar necə də birbirləri ilə söhbət edirlər və içkilərini qurtumlayırdılar. Təbii ki, orqanın sədaları altında. Üstəlik, qonaqlar və rəngarəng işıqlar. Ortada gəzən ofisiantlar və tanıtımçılar. Görünən o idi ki, iştirakçılar şəhərin bəlli birbirini tanıyan bir qrup insanıdır. İncil oxuyan və ya oxuduğu bölümü müzakirə etmələr. Din onların həyatının hər sahəsinə ...