Publicity PRa Ç(q)arşı, Et tu, Brute?

 
Bugünki mövzunu Publicity ilə PR-ın əsas fərqlərinə ayıracam...

Publicity-xəbər dəyəri daşıyan məlumatın dərc edilərək ictimainin diqqət və dəstəyini əldə etmək.

PR-hər hansı şəxs,firma və institusiya haqqında hədəflənmiş bəlli bir fikir və anlayışı ictimaiyə inandırmaqdır.

PR-ı düşününcə avtomatik olaraq ağla publicity gəlir. Hər ikisi yetərincə mənaca qarışdırıla bilər, xüsusilə də yenilər üçün. Əldən ələ dəyişən bu kəlimələrin bir birindən əsas fərqləri nələrdir

PR strateji yönlü komunikasiya disiplinasıdır ki, məqsəd etibar və ya inamın idarə edilməsi fikrinə cəmlənməkdir.
Publicity isə görünürlüyə nail olma prosesidir. Publicity məqsəd olaraq səni məlumatlandırmaq,səndə özündə hər hansı qeyd aparmaq və ya məlumatı qəzetin ön səhifəsinə daşımaqdırsa, PR bütövlükdə bu proseslərin hər addımını izləmək və idarə etməkdir.

Məşhur deyimi elə ingiliscə də yazıram sizin üçün...

There’s an old adage in public relations: all PR people can do publicity, and no publicity people can do PR.
Burdan çıxan nəticə Publicity sadəcə press agenti olmağa meyllidirsə, PR isə media əlaqələri, cəmiyyət əlaqələri, əlaqələrin analizi və indilərdə sosial media əlaqələrini ehtiva edir.

PR iki tərəfli simmetrik model olaraq qarşılıqlı münasibətə gətirir ki bu da qurum və ictimai arasında baş tutur.






Publicity ödənişsiz media ilə diqqət çəkir,məqalə yerləşdirir və də şəkil qoyur. Bu da bəzən işə çox yarayır. PR isə haqqımda nə və necə danışırsan bunu ələ alıp üzərində işləyir. Publicty haqqında pis danışıldı ya yaxşı danışıldı buna çox da diqqət vermir amma PR üzərinə strateji yanaşmanı alır.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı