Niş Marketingi inşaatda tətbiqə cəhd

Niş Marketing(NM) bənzər qrupların kütlə içindən ayırılaraq gizli vəya hamıya məlum olmayan bir və ya bir neçə ehtiyacının aşkarlanması və qarşılanmasıdır.
Niş Bazar isə özündə ehtiyacları ödənməyən küçük bir müştəri qrubunun tələblərini daha yaxşı qarşılamaq üçün dar bir bazardır.NM-də hərkəsin biraz sevdiyi mal və xidmətlərə yer yoxdur, birkəs vəya birkəslərin çox sevdiyi mal və xidmətlərə yer var. Burdan yola çıxsaq NM hərkəsi məmnun etmir, birkəs vəya birkəsləri çox məmnun edir. NM boşluqları doldurur, tapdığı boşluq əslində heç kimin ağlına da gəlmir, sən o boşluğu tapdığın andan sən onu dəyərləndirib bazara çevirirsən.
Tumturş olan alçanın duza batırılandan sonra yeyiləndə alınan həzz nədirsə, NM-də gördüyü işə istənilən qiyməti qoyur və də paşa paşa alır.
NM-in tətbiqi aşağıdakı şərtlər olsa nə əla
  1. Tələb yetərli olmalıdır
  2. Qazanc olmalıdır
  3. Bazar bölümləri potansiyal böyüməlidir
  4. Rəqiblər tərəfindən aşkar edilməyən bazarlar olmalı
  5. Management ortaya çıxacaq olan rəqabəti dəf etməyi bacarmalıdır
NM-in üstünlükləri
  • Hədəf qrupunu çox yaxşı tanıyır
  • Stok çox aşağı olur
NM-in zəif yönləri
  • Hədəf bazar çox kiçikdir
  • Firmalar arasında risk böyük olur
  • Limited istehsal vəya xidmət olduğu üçün satış da aşağıdır

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı