Kimsən ə sən və ya Sən kimsən ya da Kim olmusan???

Bu dəfəki yazım elə həyatın içindəndir. Qardaş təsadüfi adamlarla mübahisə zəminində mövzu bir kənara atılır, birbaşa sənə saldırılır. Bax bunun elmi adı ad hominemdir. Qəlibə soxulmuş bir latın terminidir. Öz mənası şəxsə aid, şəxslə əlaqədardır. Xalqın ğözüylə adam qaralamadır. Hər hansı bir məsələnin müzakirəsi zamanı ani gedişatla düpədüz sənə hücuma keçilir. Bir neçə misalla məsələ tam bizlərə məlum olar

- Sən nə bilirsən, belə ki, hardan bilirsən?
-Kimsən ə sən, axı kimsən?
-Qadın nədir, maşın nədir, ağzında qadın deyirsən, bütün tıxacların səbəbi elə onlardır
-Dediklərində həqiqət var, razıyıq,ama bunu ifadə edə biləcək gücün ya biliyin kifayət deyil
-İranlılar tarix boyu işgal etdikləri şəhərə toxunmazlar
-Düşünürsən Allah yoxdur, sən əməllicə dəlisən ki dəli
-Bərdədə biri Allaha söydü, heyvana döndü, elə etmə ki, sən də heyvana çönəsən

Siz siz olun, biz də biz olaq, əsas məsələnin özünə dalaq.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı