İçəridəsən ya bayırda və ya "the doorway shot" çəkiliş planı
Ölkəmizdə
heç qadın stolüstü tennis oyuncusunu demirəm, kişi stolüstü tennis oyunçusu
tanıyırsınız? Mən öz
adıma deyim, tanımıram. Tanıdığım şəxslər var, amma onları ətrafımdan
tanıyıram. Ya da sizlərin ətrafınızdakı şəxsləri çoxlarımız tanımırıq. Amma
Avropa, qalsın hələ Almaniya, Petrissa Soljanı yaxşı tanıyır, Almanya çempionluğundan
ta avropa çempionluğuna qədər yol keçib. Almanca da olsa vikidən bu məlumatı
götürə bildim https://de.wikipedia.org/wiki/Petrissa_Solja
. Varsa bizdə də belə bir tennis oyunçusu, paylaşmağınızı dilərdim.
Gələk sədətə. Yaxşı bilirik ki, Marketinq sadəcə malların və xidmətlərin deyil həmçinin şəxslərin də bazarlaması üzərində durur. Hansı ki, bir baseballda pitcher olaraq şöhrət qazanan Denny Mclainin narkotik vasitələrindən istifadəsinə görə türmədə yatmasından yola çıxaraq, narkotikə qarşı proqramlar hazırlayan bir çox şirkətin, onun TV-də çıxışını təşkil etməsi ola bilər. John Belushinin yoldaşının, ona gərçəktən sadiq olan həyat yoldaşının Youtube-da 3 dəqiqəlik narkotikaya qarşı çıxışı çoxlarını bu yoldan uzaqlaşdırar.
Gələk sədətə. Yaxşı bilirik ki, Marketinq sadəcə malların və xidmətlərin deyil həmçinin şəxslərin də bazarlaması üzərində durur. Hansı ki, bir baseballda pitcher olaraq şöhrət qazanan Denny Mclainin narkotik vasitələrindən istifadəsinə görə türmədə yatmasından yola çıxaraq, narkotikə qarşı proqramlar hazırlayan bir çox şirkətin, onun TV-də çıxışını təşkil etməsi ola bilər. John Belushinin yoldaşının, ona gərçəktən sadiq olan həyat yoldaşının Youtube-da 3 dəqiqəlik narkotikaya qarşı çıxışı çoxlarını bu yoldan uzaqlaşdırar.
Ancaq istər
Denny Mclain, istər John Belushi, istər Ma Long, istərsə də Petrissa Solja öz
ölkələrində çoxları tərəfindən tanınan, qəbul edilən, nümunəvi şəxslərdir. Hər
biri öz sahəsində sözünü demiş yaşıyan və ya yaşamayan canlı qəhrəmanlardır. Ancaq biz bu anlamda sıxıntı yaşayırıq. Canlı qəhrəmanlarımız çox azdır. Demək olar ki, yoxdur.
Bu aralar
stolüstü tennis oynadığım üçün məhz tennis üzərindən misal yazmaq istəyirəm(Onu da bildirim ki, getdiyim o tennis mərkəzində divardan asılı bir çox şəkillər var ki, onların heçbiri azərbaycanlı deyil). Az bir az araşdırma
etdik ki, çıxan nəticələr bunlardır.
a) http://astf.az/index.php/az/yizhmakomanda/mens Azərbaycan Stolüstü Tennis Federasiyasının 8 kişi üzvü qeyd olunub ki siyahıda, heçbirini idmançı kimi tanımırıq.
b) http://astf.az/index.php/az/yizhmakomanda/womens Azərbaycan Stolüstü Tennis Federasiyasının 8
xanım üzvü qeyd olunub ki siyahıda, heçbirini idmançı kimi tanımırıq. Siyahıya diqqət
etsəniz 3-ü heç Azərbaycanlı deyil.
Kişilər
|
Qadınlar
|
1. Cəfərzadə Cəfər Vaqif oğlu
2. Həşimli Xəyal Mirzə oğlu
3. Əliyev Sənan Hüseynağa oğlu
4. Həsənov Nurlan Mirdaməd oğlu
5. Şahgəldiyev Əliverdi İlham oğlu
6. Qafarlı Yusif Bilman oğlu
7. Allahverdiyev Vəzir Elxan oğlu
8. Sadiqov Sadıx Yusif oğlu
|
1. Deng Simeng Youming
2. Zhou Chuyi Weifu
3. Chen Xingtai Min Wei
4. İmanova Məryam Mehman qızı
5. Şirinova Şərmin Emin qızı
6. Əhmədova Nəzrin Akif qızı
7. Qarayeva Nəzakət Qara qızı
8. Məmmədli Fatimə Ələddin qızı
|
Niyə
tanımırıq? Çünki, tanıtmırlar! Amma onlar bizə tanıdılsa, biz onların oyunlarına getsək, bilet alsaq, onlar həvəslənsə, cəmiyyətimizdə gərəkli diqqəti görsələr, nümunəvi davranışlar sərgiləsələr, öz idmanlarını bizə istətsələr bla bla bla siyahını uzadaq ?Heç
gərək deyil. Əminəm ki, mesaj çatmışdır. Bu aktual məsələ bir çox federasiyalarımıza da aiddir. Strukturlarına baxsaq təəssüf ki, nə marketinq, nə
PR, nə də bu yönümlü vəzifələr çətin mövcud ola.
TV-dəki reklam roliklərimizdə eyni simalar, eyni üzlər. Yuyucu tozundan tutmuş tuma kimi, alış veriş saytdan tutmuş xəz dəriyə kimi. Bəs deyil? Çoxdan missiyaları bitib.
Bugünlərdə İlkin Yusifin sayəsində tanış olduğum "The doorway shot", bu postumda mənə onun statusunu xatırlatdı. Ad qismində elə onu düşündüm.
Comments
Post a Comment