Inordinacy can win Ordinacy!

2016-ci ilin ilk günü. Pawn Sacrifice filminin təsiri altındayam. Filmin ana məğzini anlamaqla dövrümüzün bu çətin günlərində anladığım tək şey: Bizə təqdim olunan seçimləri rədd etməkdir və əvəzində Bir Həmlə etməkdir.

Filmin izlənilməsi linki buradan mümkündür.

Bəli bunu anlamaq heç də cətin deyil, Alışılmış seçimlər və ya bizi artıq həbs edən düşüncələr bir kənara atılmalıdır. Biz nə üçün sarsılmış və qorxmuş, ümidsiz və ya bigüman yaşamalıyıq. Biz artıq öz seçimlərimizlə, öz dəyərlərimizlə, azad ruh daşıyan yeni nəfəslərlə nəfəs almalıyıq. Bunun üçün sadəcə bildiyimiz həqiqətlərlə deyil, bilmədiyimiz həqiqətlərlə davranmalıyıq. Çünki bu bizim zəfərimiz olar. Zəfər niyə , çünki biz müamma sərgiləyərək, ziqzaqlarda ilişib qalmışları dirildərik onu əldə edə bilərik. Bizə oynanılan oyunları bozmaqla, itirilmiş başları istədiyimiz oyunlara gətirərək öz seçimlərimizi gerçəkləşdirə bilərik.

Azca ara verək, White Rabbit mahnısını dinləyək. Filmə gözəl rəng qatan Jefferson Airplane-in bu mahnısı filmə süs verir.


Bobby də belə edərək, dünyanın ən gözəl matçını tarixə yazdı. Boris Spasski, həttta onu Sovetlərdə gözlənən təqibləri nəzərə almadan ayaqda alqışladı Bob Fişeri. Bobby onu sadəcə gözlənilməyən gedişlərlə qərarsızlaşdırdı. 1972-ci il möhtəşəm 6-cı oyun Bobla Borisin oyunu günümüzə qədər ən gözəl oyun hesab edilir.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı