10 möhtəşəm alternativ həyat tərzi!!!

Kəsəsi ,

1.İcmalar, Məbədlər, Sektalar

Bu üçündən də var, istəmədiyiniz qədər. İcmalara gəlincə ən az 20-dən çox qanun qayda ilə fəaliyyət göstərən bu icmalar, sektalar neçə illərdir ölkəmizdə. Inanmırsansa, onda bir göz at buna http://scwra.gov.az/pages/96/ Bunlar da başlı başına cəmiyyətimizdə yer alırlar. Olun onların bir parçası.

2. The Rainbow family


Adamlar hippidir. 60-cı illərdən gələn adətlər yaşayır. İldə bir neçə dəfə bir yerlərə toplaşırlar. Burdan ora ordan bura gəzirlər. Həyat fəlsəfələri çox bəyəniləndir. Məşhur mahnıları da ...


Kibrit və ya Yeraltı nda duya biləcəyiniz bu mahnının real qəhrəmanlarını təəssüf ki, hələ də ölkəmdə görə bilmədim.

Ən son keçən il Smolensk-də toplanan Hippilər bir festival da keçirdilər. Şəkilləri linkdən izləyə bilərsiniz. http://galeri.mynet.com/guncel/gokkusagi-insanlari-8650/1

3. Daldalanma və ya Sığınacaq/Şəhərdən uzaq ev

Bu daha çox şəhərdən uzaqda təhsil mərkəzləridir ki, ABŞ-ın müxtəlif ştatlarında rast gəlinir. Musiqi, rəqs, rəsm ağlınıza nə gəlirsə hərcür fəaliyyət növü var. Həftəlik aylıq hətta həftə sonuna xas vaxt dilimlərində gerçəkləşir. Hələ noyabrda özümün də qaldığım Don Bosco(Belçika,Brussels,Dilbek) private house-ində bunu yaşadım


4. Orqanik fermalar

Heç də bu fikir pis deyil. Əlin təmiz ayağın təmiz. Atalar demiş, Nə əkərsən onu biçərsən. Çox mükəmməl bir trenddir. Həm qazanc həm sağlamlıq. Yuxudan o başdan qalx və fiziki əməyini ortaya qoy. Təcrübəyə də vaxtaşırı sahiblənəcəksən.


5. Yoqa mərkəzləri

Sayları Bakımızda az da deyil. Yeməyinizdən tutmuş həyat tərzinin böyük hissəsini dəyişən bu yoqa mərkəzləri çox məsləhətdir. Ən sonda Yoqanızı Qoa plyajında gerçəkləşdirə bilərsiniz.

Davamı növbəti saylarımızda...

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı