Nəfis Çörək niyə də Wonder və ya Bread Alone olmasın?

Bizim Şəmkirdə Nəfis Çörək brendi adı altında müxtəlif çörək məhsullarımız neçə aylardır satışda. Bu brend yeni doğulmuş körpə kimi bütün A-dan Z-yə bütün marketinq yönüylə tam dəstəklənməlidir. Marka dəyəri, tanınırlığı, PR-ı, CRM-i, Mövqeləndirilməsi, Satışı,KSM, İMC və sair və ilaxır.
Bu brend elə bir dəyər qazanmalıdır ki, hələ 1921-ci ildə ABŞ-da İndianapolisdə ərsəyə gələn wonder bread kimi, gələcək 4-5 nəsilə ötürülsün. Adamlar günümüzə qədər gəlib bu brendin tam yekün satışı ilə məşğuldurlar.
Toplam götürsək 5 məhsul çeşidinə sahibdir ki, bununla da kifayətlənir. Ancaq düşünün ki, artıq ömrü 1 əsrə yaxınlaşır. Xatırlarsaq ki, P&G 2000 adda olan məhsulunun sadəcə elə 50-sinin ümumi gəlirinin 63 faizini təşkil etdiyini təyin etdikdən sonra çox brendlərini ixtisara salmış oldu. Bununla da təkcə böyük ölçüdə Reklam xərclərini, brend böyütmə xərclərini o məhsullar üçün aradan qaldırmış oldu. Fikir də təbii ki fokuslanmış olur. Bu yönündən Nəfis Çörək də az çeşidlə konkret bazar müştərisinə xitab etmiş olur. Nəzərə alsaq ki, ağ və qara dəyərlərin burulğanında dolanan bir müştəri toplusu hakimdirsə, bugünki seçim doğru seçimdir.

Burda ancaq etiraf etməliyik ki, tam tamına kütlə ilə hesablaşmış oluruq. Unutmayaq ki, kütlədən ayrılan bir nəsil və ya hər nəslin nümayəndələri də artmaqdadır, üstünə üstlük də Z generation(nəsil) də normal insanlardan fərqli müştəri davranışları sərgiləmiş olurlar. Buna da nümunə kimi, Daniel Leader Bread Alone adı altında Wonder əksinə fərqli çörəklərini fərqli kütlələrə xitabını deyə bilərik. 39 ad altında çörək əldə edə bilərsiniz.

Əminik, sağlam təməllər atılmaqla Nəfis Çörək ölkə çörək tələbatını və keyfiyyətini təmin etməklə yanaşı, həmçinin regional və beynəlxalq bazarda ciddi satışlar gerçəkləşdirəcək. Məhsul yelpazəsinin azdan çoxa doğru artan şəkildə və müxtəlif seqmentlərin aşkarlanaraq onların tələbatı əsasında çörək istehsalı məqsədə uyğun olar.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı