Rəngini sən də dəyiş!!!

Chad Mitchell Trio dan bir JBS yəni John Birch Society mahnısını dinləyincə açıqca anti komunizm sözləri anlaşılır. İndi nəmənə deyə sual etsək, təbii ki 70 il tərkibində olduğumuz SSSR-nin bir parçası kimi bizə də toxunur. Bəs burda Marketinq yönü nədir deyə düşünsək, ağla ilk gələn...



Qardaşlar və bacılar, xatırlayırıqsa, marketinqin sadəcə əllə toxunulan məhsulun satışını özündə ehtiva etmədiyini, bunun yanında ideyaların da satışında birbaşa rol aldığını yaxşı bilirik. Biriləri ideya atar, üstünə üstünə yeriyər, əməldə ortaya bir iş qoyar və bir övlad ortaya çıxardar. İdeya yaşayır artıq. Biriləri müxtəlif səbəbdən başına toplanar və hərəkata, cərəyana, təşkilata və ya tək adama çevrilər.

Bununla da ortaya ən azından bunun PR-ı ortaya çıxar ,ya da elə satışı gerçəkləşdirilər. İdeyanın da günümüzdə nə sərhədi, nə kimliyi, nə də çox zaman məhdudiyyəti yoxdur. İdeyalar doğulür böyük bazarlarda, hansı ki ABŞ bazarı ən böyük bazardır və ya bütöv Avropa Birliyində.

JBS də 1958-də formal qeydiyyatdan keçdi, böyüklüyünü də adındakı John Birchin Çin komunistləri tərəfindən öldürülməsi ilə daha da şanlaşdırdı(İşin içinə göz yaşı girincə duyğusal bağlar bərkiyir). Bunlar da bir anti komunizm deyirlər bir də məhdud hakimiyyət deyirlər.Eyni zamanda isə gəlirin yenidən bölgüsü, həm də iqtisadi müdaxilələrə son qoyulmasını dəstəkləyirlər. Doğum yeri də uzaq deyil, ta Belmont, Massachusettsun özüdür.



Demək ki, bizi maraqlandıran və işimizə yarayacaq dəyərlər mövcuddur bu JBS-də. Yaşdaşlar, bəlkə bir Marketoloq olaraq bu təşkilatı ölkəmizə dəvət edək və ya onlardan, onların təcrübəsindən yararlanaq. Təcrübə mübadiləsi, dəyər mübadiləsi, əlavə iş yeri(ölkə üzrə koordinator), təlimlər(mənəvi yönü ilə sosializm ideyasının natamamlığı, yanında kapitalizmin faydaları), sıralaya bilərik elə deyilmi. Amma elə burda duraq. Məsələ yəqin artıq aydındır.

Əlqərəz, bu yönlü təşkilatların ideyalarını ölkəmizə gətirmək və faydasını görmək, institutlaşmanı genişlətmək, ölkədə gücləndirmək, ixtisaslaşmaq və tətbiqinə başlamaq bizə qazanc gətirər.

Rəngsizliyimiz, Həyat Tərzi yoxsulluğumuz, Monotonluğumuz, Ağ qara düşüncəmiz heç də biz Marketoloqlara gələcək adına ümid belə yaratmır. Nə də yeni yeni motivlər də ortaya çıxartmır.

Mən də düşünən insanlar kimi o ilk adam var ha, balığı zövq üçün, balıq tutmaqdan keyf almaq üçün tilovunu gölə atmışdı, onu axtarıram. Tapan olsa mənə də xəbər etsin.

Artıq JBS, Yuppi, Pink, Fight Club bilməm başqa başqa adlar qrupuna ehtiyacımız var...



Unutmadan, Allah sənə də rəhmət eləsin John Birch...


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı