Adını sən qoy!

8 mart açıqcası dəstəkləmədiyim bayramlardan biridir. Amma olsun deyənlərdən biriyəm, ən azından o gün evdə oluram. Dərdim bu deyil, indi yazacağım başqa bir məsələdir. Təklifim var, çox da sadədir. Hər ayın elə 8 günü qadınlar günü hesab edilsin. Bunu işə getməmək üçün demirəm haaa... Bunu qadınların əsas hədəf kütləsi olan şirkətlərə bir ideya kimi verim. Doğrusu qalıcı və yararlanacaq az sayılı günlər var ki, müştəriləri yada salasan səbəbli şəkildə. Qoy hər ayın 8-i bir səbəb olsun. Təsəvvür edin, bunu xanımlara şamil edirəm, şəhər mərkəzində gəzintiyə çixan ya işə gedən və ya gələn piyada olan xanımlara yaxınlaşıb bir dənə qırmızı parlaq güllə təbrik edirsiz. Ey şirkətlər, niyə durursuz, çox az gəlirlə bunu ki edə bilərsiz. Kiçik bir əlavəm, gülü verəcək şəxslər sadəcə uşaqlar olsun.5-10 yaş arası. Qarşı tərəfin yəni xanımların həmən qəbul edəcəyi bır durum olsun, hər hansı streotip, prejudice(önhöküm) noise(gürültü) yaratmasın. Bir əlavəm də, bunu edəcək şirkətimizin ...