Unique Selling Position ya da Xüsusi Satış Təklifi
USP, hələ tələbə illərindən tez tez rastlaşdığım kəlimələrdəndir. Xüsusilə də, Advertising, Reklam dərslərindən qarşılaşdığım kəliməni bir ələ alıp xırdalamaq istərdim. Adını Xüsusi Satış Təklifi qoymağı qət etdim, ən başda unique sözünü tərcümədə biraz gedib gəlsəm də misilsiz, qeyri adi,təkrar olunmaz və nadir kimi kəlimələri qoydum bir kənara xüsusi sözünə üstünlük verdim. Nədir bu nəsnə, sual edərsək, kompaniyalar, habelə şirkətlər elə bir təklif ortaya qoyur ki,nəzərdə tutulan müştəri qrupu hətta bağımlı olduğu markasını belə dəyişər. Bu kəliməni icad edən zat Rosser Reeves Reality in Advertising kitabında bir çox yerdə yerli yersiz istifadə edilın bu kəliməyə daha dəqiq təif verməyə çalışmış və bunu 3 qrupda birləşdirir 1.Hər reklam müştəriyə təklif etməlidir. Bu nə sadəcə sözlərdən, nə məhsulun şişirdilməsindən, nə də vitrin şousundan ibarət olmalı deyil. Əlqərəz, gələbu məhsulu al və sənə təqdim olunmuş təklifdən faydanı qap. 2.Təklif yek olmalıdır, ki rəqib ondan belə mi...