Abdal kəliməsi

Abdal(Ağdam, Tovuz)- Oykonim qədim türk tayfalarından birinin- abdalın adını daşıyır. VI əsrə aid Suriya mənbəyində Şimali Qafqazın Hun əyalətində yaşayan bir sıra tayfalarla(savir, abaz, bulqar və sair) yana, abdal adlı tayfanın da adı çəkilir. V. V. Bartolda görə abdallar hundurlardır. Abdal adlı tayfa Türkmənistanda, Şimali Qafqazda, Gürcüstanda, İranda və Türkiyədə mövcud olduğu qeyd olunmuşdur. Belə bir tayfanın Azərbaycanda yaşamasını A. Bakıxanov da göstərmişdir. Azərbaycanda bu etnonimdən yaranmış 4 oykonimin mövcudluğu, Laçın şəhərinin 1923-cü ilədək Abdallar adlanması yuxarıda irəli sürülən fikir və faktların doğruluğunu bir daha təsdiq edir.

Abdalın Türkçə sözlükdən qarşılığı aşağıdakıdır:
1. Safeviler devrinde İran'da yaşayan Türk oymaklarından biri. 2. Anadolu'da yaşayan oymaklardan bazısı: Geygel Abdalları.
2.Gezgin derviş.2. Dilenci kılıklı, üstü başı perişan kimse

Bugünkü Saxa Türkçesinde,erkək Şamanlara ləqəp olaraq “abıdal” şəklində bir sözcük vardır. Bu sözcüyün Abdal sözcüyünə bənzərliyi diqqət çəkicidir. Azərbaycan’da bir zamanlar aşıqlar yetişdirməkdə ünlü olmuş, Abdal adında bir şəhər bilə varidi. Ayrıca abdal sözü, tarihdə “Ağ hun” adıyla bilinən Eftalitlerin adıyla da bağlantıdır. Qızılbaşlarda Abdallık kültürünün varlığı, XƏzƏr DƏnizi’nin cənub qıyısında yaşayan Türkmən boylarında Abdal adını daşıyan insanlara rastlanabilməsi, Abdalların gizli dillərinin olması, Anadolu’dakı Abdalların,daha çox göçəbə hayatı sürərək, çalğıçı, türkücü ve nağılbaz olmaları, Koroğlu dastanlarını söyləməkdə məşhur olmaları, özlərinə Ələvi deyən bu insanların Əhl-i Beyt’in qulları olduqlarını söyləmələri, Məhərrəm ayında Kərbəla şəhidlərinə yas tutmaları, (Anadolu Abdallarına, ən çox Ələvilərin sıxlıqla yaşadığı yerlərdə rastlanır) ve bunlar kimi birçox misal, gərçəktən bu sözcüyün çox uzaq tarixi kökləri olduğunu gösterir. Çünkü ƏlƏvi olaraq bilinən zümrə, kimi zaman Müslumanlıqla uyuşmayan,bu üzdən çox yerdə qəbul görməyən,gerçəkdə İslam öncəsi yüzillərə aid qədim Türk inançlarını yaşadırlar. Geçmişdə "Abdalan-ı Rum" deyilən və xalq arasında böyük şöhrətləri olan bu kimsələr, çox zaman inançları bozux, sərsəri dərvişlər olaraq gösdərilmiş, şəriət düşmanı olaraq əks edilmişlərdir.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı