Ana dilimizdən incilər-1

 Sizlərlə bugün Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan, uzun illər həmin kəndin məktəbində müəllimə işləmiş Eminə Hacıyevanın dilimizdə unudulmuş və işlənməyən sözlərin yenidən işlənməsi üçün bildiyi kəlimələri sizlərə təqdim edirəm:

1. Gülrux, mənaca gül üzlü deməkdir. 

2. Yelpənək, 2 mənası var ki, bir mənası xiyar(salatlıq), digəri isə isti havalarda özünü sərinlətmək üçün vasitə. Farsca, çərpalaq deyikir, 4-cü çıxan zoğ. 

3. Cütçü- əkinçi, cütlə yeri şumlayan.

4. Məsud- xoşbəxt, bəxtiyar. Himnimizdə də var. Məsud yaşa. 

5. Müştaq- arzusunda olma, candan istəmə. 

6. Binə- yurd, köç, kökdən. Binədən(əzəldən) gözəlsən.

7. Qəndil- asma lampa. Beşçıraqlı qəndil.

8. Külfət- ailə. Bu külfətdə 2 uşaq var.

9. Ülfət- dostluq, yaxınlıq. 

10. Dilək- istək. Allahdan diləmək. Və ya diləyin nədir?

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Bəzi sözlərin kimliyi və izahı