Bərəkət sülhdə var-Concorde sindromu!
Dağıdıcı,
destruktiv və separatist düşüncəli insanlar sadəcə müharibə üçündür. Digər
halda sakit, hüzur və sabit həyata düşməndilər.
... Sual onda ortaya çıxır, niyə sənin əlində partlasın ki? Burax başqasında partlasın!
Halbuki,
bütün yuxarıdakıları qırağa qoyaq. Bu adamlar, görünən odur ki, ən çox zərər
görmüş, sevgi əvəzinə nifrətlə qarşılaşmışlar. Onlar öz əqidələrilə düz
yaşamağa çalışsalar da, icazə vermədilər. Onlar bu halda ancaq sui istifadə
edildilər. Doğru və ya düz nədir? Atamız, anamız, dayı və ya əmimiz bizi mənfi
fikirlərlə yükləməklə, həyatı gördükləri kimi ötürdülər. Müəllimlər də onlardan
fərqlənmədilər. Maddi güc, maddi fərqlilik və güc seçimi ancaq bizi yarımçıq
böyütdü. Küçə, məhlə ancaq fiziki gücdən maddi güc istiqamətində yönəltdi.
Doğru və düzgünü bu boyda çevrədə necə tapaq!? Yaş gəlib 40-a buna , bu
adamlara nə başa salasan! Heç özün başa düşmürsən! Paradoks bir durum. İçlər
acısı. Bir də ortaqlıq və ya biznes işində ol. Ehh... Ceyranın timsahla aslan
arasındakı seçimi kimidir bu gün mənə görə həyat!
Bu arada yeni bir sindromu sizlərlə bölüşmək istərdim. Concorde syndrome və ya Concorde fallacy. Açıqlaması, bir şeyə əmək verilməsi zamanı sonrasında, o durum insana zərər versə belə, o durumu buraxmama halıdır!
Konkord sindromu tez-tez yüksək gözləntilər, sürətli irəliləyiş və qeyri-real ideallar nəticəsində baş verən bir vəziyyətə aiddir. Ailə münasibətlərində bu sindrom həddindən artıq emosional gözləntilər və real olmayan ideallarla hərəkət etmək kimi özünü göstərə bilər. Bir başqa deyişlə, Konkord sindromu münasibət zamanı asılılığa aiddir. Yəni insan ayrılmaq istəsə belə, ayrılmaq düşüncəsi belə insana zərər verir. Münasibətdə partnyordan vaz keçə bilməməsi ilə yanaşı, etdikləri fəaliyyətlərdən də imtina etməkdə çətinlik çəkir.
Comments
Post a Comment