Çox kəliməsi hər mənada mənfidir!
Bugün dostumuz mənə, filankəs
çox yaxşıdır deməsi məni dərin düşüncəyə qərq etdi. Dərhal bildirdim ki, bu pis
haldır. Dedi necə ki? Bildirdim ki, o çox yaxşı olmaqla ancaq hərkəsdə çox
yaxşı olmalılığı yaradacaq. Hərkəs o filankəsdən çox yaxşı olmağı gözləyəcək.
Hər zaman onun çox yaxşı olmasını istəyəcək. Hər zat onun çox yaxşı rol
almasını tələb edəcək və bu roldan kənarda görmək istəməyəcək və qəbul
etməyəcək!
Bir də belə ifadə edək,
gözlədikcə onlar, gözləntiyə girəcəklər. Gözlənti nə yaradır? Gözlənti, onların
tələblərinin və arzularının ən qısa zamanda tərəddüdsüz gerçəkləşdirilməsini.
Elə Tural Guludan aldığım alıntı da bunu deyir:
Gözlənti
nədir?
Gözlənti işlədiyiniz istənilən sahədə sizdən başqa insanların (rəhbər, iş
yoldaşı, ailə üzvü, müştəri, və s.) gözlədiyi davranışdır. Gözlənti sizin
verdiyiniz sözdən, və ya qarşı tərəfdən səsləndirilən və bəzən səsləndirilməyən
istəklərdən yarana bilər. Gözləntinin əksər hallarda müəyyən vaxt çərçivəsi -
(deadline) olur.
Gələk çoxa. Çox mənə görə
pisdir, dərd gətirir, məsələ yaradır. Həm də hər iki tərəfdə. Tək tərəfdə yox,
hər iki tərəfdə. Tərəflərin hər ikisi sonda narazı qalır. Çoxu verən də çox
alan da sonda peşmanlıq yaşayır. Məyusedici haldır düzdürmü? Yaşamısınız yəqin
ki! Bir də bu sözün mənası və etimolojisini araşdırdım. Çox qərib oldum. Kəlimə
öz türkçədir. Ana dilimizdən gəlir. Nə fars, nə ərəb sözüdür. Birgə üzərindən
keçək:
Çox sözünün öz mənası uyğur
dilindən vurmaq, saldırmaq mənasındaykən, Qaraxanlılar dövründə üşüşmək, yəni
başına toplaşmaq mənasına gəldi. Ço sözünə qədim türkçədə sifət şəkilçisi olan
-ok gətirilərək "toplu halda olan, bol, artıq" qarşılığındakı çox
kəliməsi əldə edilmişdir. Şərh versək, kəlimə neqativ yüklüdür. Vurmaq,
savaşmaq və s. Çox heç də müsbət söz deyilmiş dərin mənasında.
İngilis dilində "very" kəliməsini very kimi görürür və məlum olur ki, bu sözün kökü latıncadan "ver"-dən gəlir, mənası "true" və "truth", yəni həqiqətdən, doğrudan gəlir. Almancadakı qarşılığı "sehr" kəliməsi də əslində neqativ yüklüdür. Mənası şiddətlə, ağrılı,acılı və sairədir. İngilis dilində "sore" kəliməsindən qaynaqlanır "sehr" sözü.
Bir də bu paradoks qarşıma
çıxdı. Çox az kəliməsi var dilimizdə, mənaca lap az olduqca az, cüzi. Çox və az
bir birinə antonim olan sözdür. Bir arada elə mənaca azın , lap azın mənasını
verir. Düşünün, dostlar çox kəliməsi az kəliməsinin önünə gələndə belə az
mənasını verir.
Əgər bir insana gərəyindən çox
dəyər versən qarşılığında alacağın tək şey gərəyindən çox nankorluq olar. Bunu
qəti unutma!
Comments
Post a Comment