Ringelmann təsiri- 2 Pizza qaydası!


 

Ringelmann effekti, elə Maximilien Ringelmannın adından götürülüb ki, bu mühəndisin iddiası budur ki, bir qrupdakı şəxslərin sayı artdıqca, dolayısı ilə qrupun böyüməsi getdikcə onların daha az məhsuldar olmasına səbəb gətirir. Bir qrupun böyüməsi ilə qrup üzvlərinin bir tapşırığın tamamlanmasına şəxsi qatqısının böyüklüyü arasındakı tərs münasibəti göstərməkdədir.

Bunu elə ip çəkmə(tag of war) yarışmasından misal çəkir. İp çəkmədə şəxslərin sayı artdıqca nəticədə hər biri effortunu azaldır. Hər şəxs digər şəxsə daha çox güvənir və ya güvənməyə meyllidir. Ancaq hər bir şəxsə sual etdiyində ki, bütün gücünü qoydun ortaya, cavabları bəlidir. 

Bir də social loafing var ki, bu da o qəbildəndir. Şəxsin, hər hansı bir qrupa daxil olduğunda , "necə də olsa başqası edər" ya da "mənim məsuliyyətim deyil" hissinə qapılması və işdən istəmədən də olsa qaçması sosyal boyunqaçırma və ya social loafing kimi tərif edilə bilər. 


Amazonun ilk günlərində Jeff Bezos o vaxtdan bəri əfsanəvi hala gələn uzaqgörən bir konsepsiya təqdim etdi - 2 Pizza Qaydası. Bu qayda yalnız pizza haqqında deyil; bu, komandaların və yığıncaqların sadəcə iki pizza ilə qidalana biləcək qədər kiçik saxlanmasını müdafiə edən idarəetmə fəlsəfəsidir. "Biz iki pizza ilə qidalana bilməyəcək qədər böyük olmayan komandalar yaratmağa çalışırıq" dedi Bezos. "Biz buna iki pizza komandasının hökmü deyirik." Komanda nə qədər kiçik olsa, əməkdaşlıq bir o qədər yaxşı olar. Proqram buraxılışları həmişəkindən daha sürətli hərəkət etdiyi üçün əməkdaşlıq çox vacibdir.


Gəlinən qənaət odur ki, çoxluq da bir şey deyil. Şirkətlər bütün departamentləri bir araya gətirir və 30 ya da 40 nəfəri qatır bir birinə və iclas keçirir. Bu çoxluğu niyə bir araya gətirirsən? Ya da ki, bu qədər insanın nə ortaq qərarı ola bilər ya da ki, nə qərarlar verilə bilər? Tək tək görüş, az adamla iclas edin. Başqa şəkildə demək ki, başqa niyyət var ya da yanlış yol var.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı