Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?
Ana dilimizdə Təkdənli buğda səsləndirilir. İngiliscəsi Einkorn wheat olaraq qeyd edilir. Einkorn sözünün kökü isə elə almancadan gəlir. Mənası Təkdənli deməkdir. Bu arada türkcəsi Siyez buğdayıdır. Hətta Ana vətəni də Ön Asiya hesab edilir. Bugünki Anadolu dediyimiz bölgə. Gələk başa. Təsadüf nəticəsində qarşıma çıxan "Siyez ekmeği talebine yetişemiyorlar" məqaləsi bunun üzərinə getməyimə səbəb oldu. Nədir bu buğdanın fərqli özəllikləri? Ilk başda ən əsas fərqi yeganə buğda növüdür ki,14 xromosomludur. Orqanık buğda növüdür. Heç bir xromosom dəyişikliyinə məruz qalmayıb. Qısacası genetiki dəyişdirilməyib. Daha sonrası, içində sayısız minerallar var və E, B1, B2, B6 və B7 vitaminlərini daşıyan yeganə taxıl növüdür. Eyni zamanda onu da qeyd edim ki, glüten tərkibində çox çox azdır. Həmçinin şəkərin miqdarının da az olması çörəyin istər bayatlamasına istərsə də kiflənməsinə qarşın dayanıqlılığından xəbər verir. Xatırladım ki, çörəkdən savayı, un(şirniyyat məmulatları), əriş...