Nəfis Çörək niyə də Wonder və ya Bread Alone olmasın?

Bizim Şəmkirdə Nəfis Çörək brendi adı altında müxtəlif çörək məhsullarımız neçə aylardır satışda. Bu brend yeni doğulmuş körpə kimi bütün A-dan Z-yə bütün marketinq yönüylə tam dəstəklənməlidir. Marka dəyəri, tanınırlığı, PR-ı, CRM-i, Mövqeləndirilməsi, Satışı,KSM, İMC və sair və ilaxır. Bu brend elə bir dəyər qazanmalıdır ki, hələ 1921-ci ildə ABŞ-da İndianapolisdə ərsəyə gələn wonder bread kimi, gələcək 4-5 nəsilə ötürülsün. Adamlar günümüzə qədər gəlib bu brendin tam yekün satışı ilə məşğuldurlar. Toplam götürsək 5 məhsul çeşidinə sahibdir ki, bununla da kifayətlənir. Ancaq düşünün ki, artıq ömrü 1 əsrə yaxınlaşır. Xatırlarsaq ki, P&G 2000 adda olan məhsulunun sadəcə elə 50-sinin ümumi gəlirinin 63 faizini təşkil etdiyini təyin etdikdən sonra çox brendlərini ixtisara salmış oldu. Bununla da təkcə böyük ölçüdə Reklam xərclərini, brend böyütmə xərclərini o məhsullar üçün aradan qaldırmış oldu. Fikir də təbii ki fokuslanmış olur. Bu yönündən Nəfis Çörək də az çeşidlə konkre...