Buridan-ın eşşəyi;CEO-nun qərarsızlığı;Zamanın intiqamı

Jan Buridan deyə bir fransız 1300- lü illərdə yaşamış və bugünə qədər də adını duyuran bir rahibdir. Bu zat fəlsəfə deməmiş, teoloji deməmiş, bir də üzərinə fizika ilə başını yormuş. İmpetus kəliməsini də ilk işlədən, Nyutona da bununla müəyyən dəstək olan Buridan, əslində free will(azad iradə) mövzusunda fikirləri ilə irəli getmişdir. Belə ki, 2 eyni ölçüdə və eyni məsafədə  bir eşşəyin qarşısına qoyulan saman tayaları qarşısında qərarsızlıqdan ölmüşdür. Bununla da Buridanın eşşəyi tarix oldu.
Bugün sözün əsl mənasında problem yaşanır. Bu problemin adı qərarsızlıqdır. Böyüklər qərar verə bilmirlər. Xatırlarsanız Qasımla Solmazın dialoqunu, Kişi Sözü filmindən. Xatırlamıyanlar izləsin:  https://www.youtube.com/watch?v=4VGvJlOfrsw
Deməli Qasımın son qərar verməsi və ortadan qərarsızlığı qaldırması heç unutulmaması nümunələrdəndir. Bizim böyüklər ki, bu filmi izləyiblər. İzləməyiblərsə ayıb, bizdə vur tut 102 film(2001 statiği) var.
Tamam, razılaşaq, bu böyüklərin də  təcrübəsi var. Allah sağ eləsin, bizə nə düşürsə edək də bu halda. Dinləyək, eşidək, əməl edək, bilməm, bir şeylər edək. Amma və lakin, Analysis Paralysis, bu nəsnə ki işin içinə girincə,heyhat, demək düşür bizə. Əfəndilər, Sayın Əfəndilər, duraq Sizlərə bu nəsnənin açıqlamasınımı verək sizlərin bu yaşında?
Birazca bu detaylı analizlərdən uzaqlaşın, analizdən çıxan analizləri musallat etməyin özünüzə...
Əks halda, zaman bizdən elə intiqam alar ki...

Hə, bu tək bizdədir, ya bizdəmi olur desək, haşa, elə 1900-cü illərdə poster yayımlandı. Mövzusu, Amerikada, Konqresdə Atlantik-Sakit okean kanalı, hardan yol alsın deyə, çox uzun müzakirələr getmişdir və təbii ki, qərarsızlıq, bu da özüylə seçimsizlik girdabına salmışdı konqresdəkiləri. Bu posterdə məndən göz yaddaşınızı gücləndirəcək bir xatırə olsun.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı