Turizm Şirkətlərinin Marketing Boşluğu

Minə yaxın fəaliyyətdə olan Turizm Şirkətlərimizdə demək olar ki, çoxunda ancaq Sales Managerslər işləməkdədir. Sözün əsl mənasında Marketing Manager heç fəaliyyət göstərmir. Bunun da nəticəsi kimi, tur şirkətləri yalnız bilet satmaqla kifayətlənir. Bu halda marjinal aşağı düşür, həmçinin satış həcmini özünü qabarda bilmir. Daha betəri tur şirkəti bağlanır, yəni işçilər bayırda qalır. Marketing Manageri pozisyonunda işə alınacaq əməkdaş Xidmət Sektorunu base olaraq götürsə, fərqli tur paketləri, yəni turizm məhsulları ortaya qoyarsa iş büsbütün dəyişmiş olur. Əlavətən bunun korporativ yönünü də diqqətdən yayındırmasa Key Accountant Manageri B2B görüşlərdən daha məhsuldar iş ortaya qoymuş olar. Sentyabrın 16-sı. Tur şirkətlərinə göz atırsan, sadəcə bir neçəsi ortaya təklif tur paketləri çıxarmaqdadır. Elə 4 gün sonra başlayacaq Oktoberfest bayramı ilə əlaqədar sadəcə bir neçə şirkət tur paketi yaradıb. Halbuki 6 milyondan çox insanın toplaşdığı bu festival bizdən ya...