Posts

Showing posts from August, 2024

Bərəkət sülhdə var-Concorde sindromu!

Image
Dağıdıcı, destruktiv və separatist düşüncəli insanlar sadəcə müharibə üçündür. Digər halda sakit, hüzur və sabit həyata düşməndilər.   Əzizlə, sevələ, bəzə sadəcə bihudə! Gözünün işığı olsa da, əqrəb kimi sancmağa həm özünə həm də sənə zərər verməyə hazırdır. Bilərək mi edir? Bəli bilərək də edir, bəzən bilməyərək də.   Əlacsız, çarəsiz və naçar vəziyyətdədirsə bu adamlar daha da təhlükəlidirlər. Hərkəsə. Düşmən təyin etmək və keçmiş və gələcəyi onunla bağlayıb, sanki tək hədəf odur düşüncəsilə onu məhv etmək tək qayəyə çevrilir. Bu halda mənə deyin, teroristdən fərqi varmı? Eyni güc və məntiq. Partlamağa hazırdır... ... Sual onda ortaya çıxır, niyə sənin əlində partlasın ki? Burax başqasında partlasın! Halbuki, bütün yuxarıdakıları qırağa qoyaq. Bu adamlar, görünən odur ki, ən çox zərər görmüş, sevgi əvəzinə nifrətlə qarşılaşmışlar. Onlar öz əqidələrilə düz yaşamağa çalışsalar da, icazə vermədilər. Onlar bu halda ancaq sui istifadə edildilər. Doğru və ya düz nədir? At...

Hoosiers- disiplin yoxdursa, istedad fayda verməz!

Image
  1980-lərin filmləri həqiqətən daha informativ və inqilabi səciyyələr daşıyır. Dostum Şamxalın töfsiyəsi əsasında izlədim. Filmin adı Hoosiers deyə keçir. Mənası dəqiq deyil və kökü hardan gəlir. Ancaq İndiananın yerli əhalisinə Hoosiers deyirlər. 5 versiyada açıqlanır mənası, amma mövzumuz bugün bu deyil. Filmdən diqqqətimi çəkən sitatları sizlə adəti üzrə bölüşürəm: 1.Komandada hərkəs bir olmalıdır, biri digərindən üstün olmamalıdır. 2. Bir çox insan bir neçə dəqiqə tanrılar kimi davranır. 3. Bu kiçik əyalətdə olmanızın iki səbəbi var: a) Nədənsə qaçırsınız b) Gedəcək başqa yeriniz yoxdur 4. Umuram, kim olduğumuzu dəstəklərsiniz, kim olmadığımızı deyil 5. Komandada istedadlı çoxdur, sadəcə disiplin yoxdur. 6. Kiçik yerlərdə insanlar dəyişmir, sabit qalır. Bu da gözəldir. Çünki, güvən verir.

Gələcəyimiz şəxsən bizə yaddır!

Image
 Davranış iqtisadçısı Tomas Şellinq bildirir ki, məqsədimizə çatmaq üçün seçimləri məhdudlaşdırmalıyıq. O bunu ilkin öhdəlik adlandırırdı. Sizin rasional məniniz fəaliyyət planınızı müəyyən edir, lakin tamahının əsiri olan məniniz çox vaxt planı son an dəyişməyə qərar verir. Əgər yanlış prioritetləri olan tamahlanmış mənə nə istədiyini etməyə imkan verilsə, nəticə birmənalı şəkildə özünün işini pozmağa gətirib çıxarır. Ətrafınızda tamahınızın əsiri olanda dəstək üçün müraciət edə biləcəyiniz, onunla öz məqsədlərinizi bölüşə biləcəyiniz insan varmı? Prinston Universitetinin psixoloqu Emili Pronin yanlış təsəvvürlərimizin bizim gələcək "mən"ə yad adam kimi baxmağımıza səbəb olduğunu göstərmişdir. Görünən odur ki, gələcəyimiz bizə yaddır!