Posts

Showing posts from June, 2024

Çox kəliməsi hər mənada mənfidir!

Image
Bugün dostumuz mənə, filankəs çox yaxşıdır deməsi məni dərin düşüncəyə qərq etdi. Dərhal bildirdim ki, bu pis haldır. Dedi necə ki? Bildirdim ki, o çox yaxşı olmaqla ancaq hərkəsdə çox yaxşı olmalılığı yaradacaq. Hərkəs o filankəsdən çox yaxşı olmağı gözləyəcək. Hər zaman onun çox yaxşı olmasını istəyəcək. Hər zat onun çox yaxşı rol almasını tələb edəcək və bu roldan kənarda görmək istəməyəcək və qəbul etməyəcək!   Bir də belə ifadə edək, gözlədikcə onlar, gözləntiyə girəcəklər. Gözlənti nə yaradır? Gözlənti, onların tələblərinin və arzularının ən qısa zamanda tərəddüdsüz gerçəkləşdirilməsini. Elə Tural Guludan aldığım alıntı da bunu deyir:   Gözlənti nədir? Gözlənti işlədiyiniz istənilən sahədə sizdən başqa insanların (rəhbər, iş yoldaşı, ailə üzvü, müştəri, və s.) gözlədiyi davranışdır. Gözlənti sizin verdiyiniz sözdən, və ya qarşı tərəfdən səsləndirilən və bəzən səsləndirilməyən istəklərdən yarana bilər. Gözləntinin əksər hallarda müəyyən vaxt çərçivəsi - (deadline...

Aclıq, daha pisi Mənəvi Aclıq!

Image
  Knut Hamsunun Aclıq əsərindən alıntılar. Xatırladım ki. bu əsər onun avtobioqrafiyasıdır. Maraqlıdır ki, bu adam Bakıda da olub və yoldaşı ilə birgə maraqlı məlumatları bölüşüb. İndi isə diqqətimi çəkən məlumatları da buradan sizlə bölüşmək istəyirəm: 1. Bu cür fədakarlıq indiki durumuna uyğun deyil. 2. Qadınlarla kişilər artıq mənim gözümdə eyni məxluqlar idi, ehtiyac canımı üzmüşdü. 3. Bədnam məxluq- Pislikdə adı çıxmış, adı ləkəli, pis ad qazanmış; rüsvayçı.     4. Pərvərdigara gör nə günə qaldım 5. Bundan başqa mən heç də hamıdan dürüst yaşamağa borçlu deyiləm, buna and içməmişəm 6. Çay puluna özünüzə malikanə alarsınız... Təşəkkürə lüzum yoxdur 7. Amma hər şey əbəsdi... 8. Ancaq onunla danışmaq mümkün deyil, çünki o kardır. 9. Yenidən dürüst olmaq- nə gözəl şeymiş 10.  Aclıqdan doğan dəhşətli əzab içində və xəcalət təri tökə-tökə oradan uzaqlaşdım. Yox, artıq yetər. Bu lap ağ oldu. Neçə illər dözmüşəm, belə anlarda ləyaqətimi qorumuşam, indisə birdən-birə dilə...

Gedin bu ölkəyə!

Image
 Belarusiya səfəri gözlənilməz oldu, amma karmanın xoş geri dönüşü oldu. Bu aralar çox istəmişdim ora getməyi. Havalimanında endikdən sonra birbaşa çoxulduzlu otelə yerləşdirildik. Bildirim ki, otel də, şəhər də,yollar da çox müsbət təsirlər bağışladı. Sabahı yollandıq kənd təsərrüfatı sərgisinə. Çox böyük deyildi iç sərgisi, əsasında çöl sərgisi əzəmətli idi. Traktorlar, heyvanlar və balıq akvariumları hamısını çöl sərgisində görə bilərik. Həyatımda ən böyük canlı inəyi, öz də bir neçə çeşid orda gördüm.Davamında oturduq elə sərgidəki ərazinin yanında olan Ofiser pubında. Qiymətlər su. Çox ucuz. Həm də çox ucuz. Sərgidəki satılan bütün mallar öz qiymətinə. The President oteldə olan bar və şokolad dükanındakı bütün satılanlar çox ucuz. Havalimanında bütün məhsullar digər havalimanlarından daha ucuz. Ucuz sözü bəlkə də doğru deyil. Sadəcə öz qiymətinə. Daha sonra keçid etdik Azərbaycan Ticarət Evinə. Bizi yaxşı qarşıladılar. Rəhbəri yerli bir şəxs idi. Bəyəndim. Bir çox yerli şirkət...

Strategiyaya qısa icmal!

 Strategiya, bənzərsiz və dəyərli bir mövqenin yaradılması, fərqli bir fəaliyyət sahəsinə yönəlmək deməkdir. Bir az da açaq, strateji mövqeləndirmə digər şirkətlərlə olan fərqini qoruyaraq davamlılığı təmin edərək rəqabət avanatajı əldə etməyə çalışır. Bu da rəqiblərinizdən fərqli fəaliyyətlərdə olmanız ya da eyni fəaliyyətləri başqa yollarla gerçəkləştirməniz mənasına gəlir. Strateji mövqeləndirmə 3 fərqli qaynaqdan doğar: 1. Çox sayıda müştərinin az sayıda ehtiyacını qarşılamaq 2. Az sayıda müştərinin çox sayıda ehtiyacını qarşılamaq 3. Dar bir bazardakı çox sayıda müştərinin çox sayıda ehtiyacını qarşılamaq Starteji, rəqbətdə trade-off etməyinizi, nələri etməyəcəyinizi seçmənizi gərəkdirir.