Posts

Showing posts from September, 2024

Mən yeni tanıdım- Bill Belichick- Siz də tanıyın!

Image
 Bu adı Eqo düşməndir kitabında rastladım. Dərinləşdirdim araşdırmanı. Bu adəmoğlu(əsli xorvatdır) 4 dəfə superkubok sahibi olmuş New England Patriots komandası üçün. Karyerası gedir 1975-ci illərə. Baltimor Coltsda məşqçi köməkçisi kimi işləyən Bill əslində öz strategiyaları və qalibiyyətləri baş məşqçinin adına yazılırdı. Olsun deyib keçirdi. Ta ki, özü artıq işini tam öyrənənə qədər. Bir nevi Bencamin Franklin kimi. Necə ki, yazdığı məqalələri qardaşının qəzetində ödənişsiz aylarla çap olunurdu. Əlqərəz Bill verdikcə zamanı gələndə almağa başladı.  Digər məşqçilərdən əsas fərqi oyunların videolentini təkrar təkrar izləyirdi və oradan analizlərini edib, yeni baxış bucaqları formalaşdırırdı. Düşünün, adam nə qədər işinə doğru yolla bağlıdır. Baxış bucağını dəyişdirməyi nə gözəl həll edirdi. Təsadüfi deyil ki, məşqçilərdən biri onun haqqında deyir ki, O süngər kimi idi, hər şeyi özünə çəkir, bütün deyilənləri dinləyirdi.  Hələ uşaq yaşlarında atası ona belə bir söz demişd...

Anteambulo-Yoltəmizləyən ol!

Image
  Mən yolkəsən kişinin oğlu deyiləm, tez tez nərddə eşidirik. Yol kəsmək, mənaca, birinə mane olmaq, əlindəkini oğramaq və sairə. Burdan görünən odur ki, tamamilə mənfi yüklüdür. İş həyatında da bunu çox sıxlıqla görürük. Vəzifə, güc, mövqe davası. Nədir bütün bunlar? Ancaq qarşısındakı insanın yoluna daş qoymaq və əngəllər yaratmaqla uğursuzluğuna  aparmaq. Bu yol deyil. Heç deyil. Yol hərəkətdir, almanca da Weg(der) kəliməsidir. bewegen isə hərəkət etmək, Bewegung(die) isə hərəkət mənasına gəlir. Qısacası, almancadakı yol sözü birbaşa hərəkət etmək feilində rol alır. Hərəkət birbaşa yol ilə bağlıdır. Sağlam rəqabət və sağlam müqavimət olsun, yolda bu hallar yaşana bilər və yaşanmasında sıxıntı da görmürəm. Yeni bir kəlimə ilə tanış oldum. Anteambulo. Mənası yoltəmizləyən deməkdir. Anteambulo, Qədim Romada himayədarının önündə gedərək onun qarşısına çıxan maneələri dəf edir, mesajlar verir və ümumiyyətlə himayıdarının həyatını asanlaşdırır. Dilimizdə öncü də demək olar. İngil...