Fariz bəylə müzakirədən maraqlı fikirlər toplusu-32 başlıq!
Dünənki Yurd fm-dəki qonağım Azestetik MMc-nin rəhbəri Fariz Məmmədovla birgə müzakirədən sonra bir çay süfrəsində etdiyim qeydləri sizlə bölüşürəm:
1. Sadəlik adı altında sadəlövhlük edirik bəzən. Unutma ki, Allah sənə qiymət verir. Özünü heçkimdən aşağı tutmamaq şərtilə hərkəsi özündən üstün görəcəksən. Qızıl xətti tutmalısınız!
2. Axmaqlar o qədər
iddialıdır, ağıllılar o qədər şübhə içindədirlər
3. Özgüvən ayrı eqo
ayrı
4. Şübhə yaxşı
keçiddir, ancaq təhlükəli dayanacaqdır. Elə olmayanda o şübhə olmur, analiz
olur.
5. Daim şübhədə
qalmaq suüzəndir
6. Gözlə gördüyün
halda həqiqət anlamına gəlmir. Təyyarə nümunəsi. Uzaqdan çox kiçik görünür, həqiqətdə isə o kiçikdirmi?
7. Daimi sevinc
ovucundakılara fokuslanmaqdır. Şükran hissi.
8. Dildə yox, halda
önəmlidir
9. Axına qarşı üzmək
lazımdır
10.Pisin detalına
gedirlər, yaxşının ümumusini dilə gətiririk.
11. Şübhəni həddindən
çox böyüdürük
12. Bildin, əməl elə
13. Cavan deyir bilsəydim,
qoca deyir bacarsaydım
14. Yoxdan əl çəkmək
15.Ağrısız keçirəcək, əldə edilən təcrübələrlə digər insanlarla paylaşılanda
16. Bu dünya oyun və əyləncədən
ibarətdir. Oyunu öyrəndikcə sənə əyləncə kimi gəlir. Öyrənə bilməyənlər əziyyət çəkir.
17. Quralları biz öyrədə
bilərik ən yaxşı halda.
18. Yalan qorxudan gəlir.
İki nəfərin arasını düzəltmək üçün də yalan yaxşıdır.
19. Səhvimiz bəlli olmalıdır
20. Allah bizdən azını
istəyir
21. Səfinizi bəlli
edin
22. Dinə qalxan olun,
dini qalxan eləməyin
23. Ehtiyatlılıq qorxaqlığa gətirib çıxarmamalıdır. Allah qorxağı sevmir. Qorxaqlıq fürsətlərin oğrusudur
24.Şirkətin dövrüliyi- Körpəlik, əzizlənmə, gəlhagəl, gənclik, çiçəklənmə
25. Fikir eləmə ayrı
düşünmək ayrı
26. Sındırmaq ayrı tənbeh
ayrı. Tənbeh qarşı tərəfin xeyrinə olmalıdır. Gərəkdiyində tənbeh edilməlidir işçi.
27. Rəhbər ata
olmalıdır, ağa olmalı deyil
28. Problenmlə gələndə
təklif də gətir
29. Adımız idarəçi, özümüz
yaxşı işçiyik
30. 3 cür qərar qəbul
etmə var:
1. Yatıram,
dururam, gəlirəm(avtoritar)
2. Səsvermə ilə qərar
qəbul edilməlidir və qərar tək rəqəmlə olmalıdır/ Cüt səs olsa, rəhbərin veto hüququ olmalıdır.
3. Danışırıq, müxtəlif heyət üzvləri ilə 10
gün də müzakirə edirik, qərarı sonda rəhbər verir.
Qərar qəbul etmə sonda belə olmalıdır, müzakirə demokratik, icrası avtoritar!
31. Vəzifəsi var, səlahiyyəti
yoxdur
32. Səhv etməyə şərait yaradılmalıdır. Dənizdə boğulma nümunəsi. Övladın dənizdə dayazdan dərinə getməyi özü etməlidir. Dərinə düşdüyündə boğulacağı təqdirdə yanında olub onu xilas etməlisən və izah etməlisən. Çünki özü boğulan üzməyi də əla öyrənər.
Comments
Post a Comment