Posts

Showing posts with the label Antitez

Dialog!Dialog!Dialog!

Dialoq kəliməsi Yunancadakı dia və logos kəlimələrinin birləşməsindən yaranıb. Dia vasitəsiylə və yoluyla deməkdir. Logos isə; "kəlimə vəya anlam, söz, ifadə, bir şeyi göstərmək, ortaya çıxarmaq, hərkəsin bir araya gəlməsi" mənalarındadır. Lüğət Mənası: Dialoq bilindiyi kimi iki insanın qarşılıqlı danışması və söhbətidir. Bu mənasıyla dialoq tək insanın vəya onun öz özünə danışması kimi anlaşılan monoloqun ziddidir. Ancaq burada diqqət edilməsi gərəkən, dialoqun vəya monoloqun iki vəya tək insanın bildiyimiz şəkildı danışması deyil. Dialoq,bir mövzu ətrafında iki fərqli görüşə sahib iki vəya daha çox insanın müzakirəsidir. Dolayısıyla dialoq, danışıqda tərəflərin iki vəya daha çox insan olmasından ziyadə fərqli iki görüşün müzakirəsini ifadə edər. Buna qarşılıq monolog, danıçıqda tək vəya bir çox insanın olmasından ziyadə mənəmsənən tək və eyni bir görüş üzərində danışılmasıdır. Dialoq fikir ayrılığını, monoloq fikir birliyini ifadə edər. Dialoq fikir ayrılığı üzərində söhbət...